Keçmiş kralın oğlu polislərə təslim olmadı, atışmada öldürüldü 

0
586

Xəbər verdiyimiz kimi, ötən gün Səudiyyə Ərəbistanında keçirilən korrupsiya əməliyyatında aralarında şahzadə və nazirlərin də olduğu xeyli adam həbs olunub.
Səudiyyənin keçmiş kralı Fəhd bin Əbdüləzizin oğlu şahzadə Əbdüləziz bin Fəhd onu həbs etməyə gələn polislərə təslim olmayıb. Şahzadənin təhlükəsizlik orqanları əməkdaşları ilə atışdığı və bu zaman öldürüldüyü ilə bağlı məlumat yayılıb.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da yaşayan yazıçı, keçmiş MKİ agenti Əli H.Soufanın “Twitter” hesabından verdiyi məlumata görə, 44 yaşındakı şahzadənin mühafizəçiləri ilə onu həbs etməyə gələn polislər arasında atışma olub.  Bu zaman şahzadə öldürülüb.
Səudiyyə Ərəbistanının yerli mediası isə şahzadənin ürək tutmasından dünyasını dəyişdiyini yazıb.

BIR CAVAB BURAXIN