“Kaş valideynlərimə qulaq asıb qaçmazdım onunla…”

0
622


 

Ərim işləmirdi, ailəni saxlaya bilmirdi, ayağını-ayağı üstünə aşırııb gözləyirdi.

Kult.az xəbər verir ki, bu sözləri tanınmış rəqqasə Fatimə Fətəliyeva ailəsi haqda danışarkən deyib. O, çox çətin günlərdən keçdiyini bildirib:

“Həyatım nağıl kimidir. Qardaşım Almaniyada yaşayır. 5 il əvvəl görmüşəm. Məni ərköyün böyüdüblər. Hər istədiyim olub. Düşünmürdüm ki, nə zamansa çətinlik çəkərəm. Elə anlar gəldi ki, 16 yaşımda artıq məktəbi bitirdim. Tez zamanda ailə qurdum. Sevgi yaşa baxmır, sevəndə insanın gözü görmür. Amma sevgi tez zamanda bitdi. Nişanlı idim, sonra qaytardılar nişanı. İstəmədiyim üçün ailəm geri addım atdı və onlara dedim ki, nə istəsəz edəcəm. Sonradan başqası çıxdı qabağıma və aldandım, qaçdım. Amma kaş valideynlərimə qulaq asardım. Şükürlər olsun ki, qızım var. Heç bir qadın ayrılıq istəməz. Sevginin sonacan sürməsini istəyər.

Atam çox gec bağışladı məni. İki ay məni heç danışdırmadılar. Qonşuluqda qaldığım üçün anama zəng vurdum ki, gizlincə arxa tərəfdən gəl, görüm səni. Atam üçün isə lap çox darıxırdım. İki ay sonra oğlanın ailəsi işə qarışıb bizi barışdırdı. Sonra bizə böyük toy etdilər. Qızım anadan olandan 1 il sonra yoldaşımdan ayrıldım. Ailə quranda əmin olmalısan ki, həmin adam ailənin qədrini biləcək. Kişi odur ki, daşdan pul çıxartsın. Yoxsa ailəni saxlaya bilmirdi, ayağını-ayağının üstünə atıb gözləyir, işləmirdi. Ona görə də ayrıldıq”.

 

BIR CAVAB BURAXIN