Kərkükdə partlayış baş verib: ölən və yaralananlar var

0
631
 

İraqın şimalında yerləşən Kərkük şəhərinin mərkəzində, bilavasitə İraq Kürdüstanı yaxınlığında güclü partlayış baş verib.

TASS xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Bildirilir ki, mərkəzi küçələrdən birində kamikadze üzərinə bağladığı partlayıcı qurğunu işə salıb. Terror aktı İraqın hərbiləşdirilmiş “Haşd əş-Şabi” döyüşçülərinin yaxınlığında törədilib.

Nəticədə bir neçə nəfər ölüb, azı 7 nəfər yaralanıb.

BIR CAVAB BURAXIN