İtaliyada daşqınlar nəticəsində 11 nəfər həlak olub

0
582

İtaliyanın cənubunda yerləşən Kalabriya vilayətində baş verən güclü daşqınlar nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb.

Bu barədə Kalabriya vilayətinin regional Mülki Müdafiə Xidmətinin rəhbəri Karlo Tansi bildirib.

Bir qədər əvvəl verilən məlumata əsasən, hər biri 18 nəfərdən ibarət iki ekskursiya qrupu Pollino milli parkında olan zaman Raqanello dağ çayında suyun səviyyəsi leysan yağışları səbəbindən kəskin artıb. Nəticədə bir neçə turist güclü su axınının təsirinə düşüb.

Təbii fəlakət nəticəsində, həmçinin 11 nəfər yaralanıb, 5 nəfərin taleyindən isə xəbər yoxdur. Hazırda axtarış-xilasetmə işləri davam edir. Ölkənin Baş naziri Cuzeppe Konte Pollino milli parkında yaranmış vəziyyəti nəzarətə götürüb. Azərtac

BIR CAVAB BURAXIN