İSTANBULDA PARTLAYIŞ: ölənlərin arasında azərbaycanlı da var

0
643

İstanbulda partlayışda ölənlərin arasında 1 nəfər azərbaycanlı olduğu bildirilir. Bu barədə TRT Haber məlumat yayıb. Azərbaycanın Türkiyədəki səfirliyindən Trend-ə verilən məlumta görə, azərbaycanlı olduğu deyilən mərhumun şəxsiyyəti müəyyənləşdirilir.

* * *

İstanbulda törədilən terror aktı nəticəsində 11 nəfər şəhid olub, 36 nəfər isə yaralanıb.   “AzPolitika.info”nun məlumatına görə, bu barədə İstanbul valisi məlumat verib. Ölənlərdən 7-si polis, 4-ü sıravi vətəndaşdı. 

Terror aktının bomba dolu avtomobilin polis maşını keşən zaman həyata  keçirildiyi bildirilir. Park olunmuş avtomobilin partladılmasından sonra eyni yerdə ikinci partlayış səsi eşidilib.

Qeyd edək ki, partlayış turistlərin cox olduğu bölgədə törədilib. Yaralananlardan birinin Azərbaycandan olduğu bildirilir.

***
Türkiyənin İstanbul şəhərində avtobus dayanacağının yaxınlığında partlayış baş verib, xəsarət alanlar var. Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.
Məlumata görə, partlayış İstanbulun Vezneciler rayonunda baş verib. Hadisə yerinə polis və təcili tibbi yardım maşınları gəlib.
Türkiyə mediasınən məlumatına görə dayanacaqda baş verən partlayışda 5 nəfər  yaralanıb.
İlkin məlumata görə, teraktın hədəfi çevik polis alayının əsgərləri olub. Onlar partlayışdan bir neçə saniyə əvvəl avtobus dayanacağının önündən keçiblər. Bununla belə, polisləri daşıyan avtobus da partlayış zamanı zədələnib.

BIR CAVAB BURAXIN