İstanbulda gecə klubuna basqın – 35 ölü

0
656

İstanbul qubernatorunun verdiyi xəbərə görə gecə klubuna basqın nəticəsində 35 nəfər həlak olub.

Qubernator Vasip Şahin bildirib ki, terror basqını nəticəsində ölənlərdən biri polis nəfəridir.

Basqın yerli vaxtla gecə saat 1:30-da Ortaköydəki Reina gecə klubunda baş verib.

Antiterror polisi gecə klubunun yaxınlığında

Antiterror polisi gecə klubunun yaxınlığında

Qubernator bunu da bildirib ki, hücum edən bir nəfər olub. CNN telekanalı onun Santa Klaus paltarında olduğunu xəbər verib.

Cənab Şahin deyib ki, hücum edən gecə klubundakılara odlu silahdan atəş yağdırıb.

Xəbər verilir ki, Reina klubu xaricilərin populyar istirahət yerlərindəndir.

Hadisə baş verən zaman gecə klubunda təxminən 700 nəfərin olduğu bildirilir.

Doğan agentliyi “hücum edənlərin ərəbcə danışdıqlarını” xəbər verib.

Hazırda Havay adalarında istirahətdə olan prezident Barack Obama ölənlərin yaxınlarına baş sağlığı bildirib.

Bu hadisədən bir həftə əvvəl Ankarada Rusiya səfiri Anfdrey Karlov terrorçu tərədfindən qətlə yetirilimişdi.

BIR CAVAB BURAXIN