Con Brennan terrorçu qruplaşmanın öz silahlıları və tərəfdarları vasitəsi ilə Qərb ölkələrində terror törədəcəyini də söyləmişdi
“Terrorçu İŞİD qruplaşması Türkiyəyə 30 silahlı göndərib”.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Brennan İstanbulun Atatürk hava limanında törədilən terror aktlarına münasibət bildirərkən deyib.
Qeyd edək ki, iyunun 16-da Senatın Kəşfiyyat üzrə Komitəsindəki çıxışında Con Brennan terrorçu İŞİD qruplaşmasının öz silahlıları və tərəfdarları vasitəsi ilə Qərb ölkələrində terror aktları törədəcəyini söyləmişdi.
O, İŞİD-in Qərb ölkələrində terror hücumları təşkil etməsi üçün istifadə edəcəyi potensial silahlılarının olduğunu bildirmiş, bu terrorçu qruplaşmanın Qərb dövlətlərinə adamlarını qaçqın və ya adi turist kimi göndərə biləcəyinin vurğulamışdı.