Avropa komissiyası qondarma Donetsk və Luqansk “respublikalarına seçkiləri qeyri-qanuni hesab edir

0
487

Avropa İttifaqı qondarma Donetsk və Luqansk respublikalarında noyabr ayının 11-də keçirilməsi nəzərdə tutulan seçkiləri tanımayacaq və bunu Minsk anlaşmasına zidd hesab edir.

Arazinfo.com-un TASS-a istinadən verdiyi məlumata görə, bunu mətbuat konfransında Avropa Komissiyasının xarici əlaqələr xidmətinin rəsmisi Mayya Kosyançiç deyib: ” Ukraynada münaqişələrin tənzimlənməsi üzrə Minskdə tərəflər arasında imzalanan anlaşma problemin həllində qismən də olsa rol oynamaqdadır. Ona görə də qondarma Donetsk və Luqansk respublikalarında noyabr ayının 11-də keçiriləcək seçkilər Minsk anlaşmalarına ziddir”.

Kosyançiç ümid etdiyini bildirib ki, Rusiya öz imkanlarından istifadə edərək separatçılara təsir göstərəcək və onları belə bir addım atmaqdan çəkindirəcək.

 

 

BIR CAVAB BURAXIN