İŞİD Palmira ətrafında əks-hücuma başlayıb

0
425

 

İŞİD Palmira rayonu ətrafında əks-hücuma başlayıb. “Yeniavaz.com” Centrasia.ru saytına istinadən bildirir ki, İŞİD Suriya ordusunun müdafiə xəttini yarıb. Bunun ardınca İŞİD gücləri Cazal və Maxer neft yataqlarını ələ keçirmək uğrunda döyüşlərə başlayıblar. Palmiranın cənubunda isə İŞİD gücləri Kasr əl Xalabat qəsəbəsini yenidən ələ keçiriblər. Cabal Hayyan yüksəkliyi və digər ərazilər də İŞİD-çilərin nəzarəti altına keçib. İŞİD-çilərin hücumlarının qarşısını almaq üçün Rusiyaya məxsus hərbi vertolyotlar və qırıcı təyyarələr onların mövqeyinə havadan zərbə endirirlər. Hazırda bütün cəbhə boyu İŞİD-lə Əsəd gücləri arasında qızğın döyüşlər gedir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

4 × 1 =