“İranda azərbaycanlılar “bozqurd” işarətləri ilə küçələrə çıxıb…”

0
693


Türkiyədə solçu və beynəlmiləlçi Vətən Partiyasının başqanı Doğu Perçinçek İranda ötən il dekabrın 28-dən başlayan etirazların Türkiyə üçün təhdid olduğunu bildirib.

Perinçek azərbaycanlıların da bu aksiyalara qoşulduğu haqda məlumatlar aldığını bildirərək MHP başqanı Dövlət Baxçalını baş verənlərə müdaxilə etməyə çağırıb.

“Müxtəlif mənbələrdən bir-birinin ardınca gələn məlumatlara görə İranda “Güney Azərbaycan Hərəkat Partiyası” adlı təşkilat bu etiraz aksiyalarına dəstək verir.

“Bozqurd” işarətləri verən nümayişçilər İran hökumətini hədəf alır və separatçı şüarlar səsləndirir. ABŞ-a bağlı olması ilə tanınan bu partiya afişalar və şüarlar çap edib, divarlara yapışdırıb. Afişalardakı üzübağlı terrorçunun beretinin üzərində ay-ulduz təsvir olunub. İran düşməni türkçülük ola bilərmi? Türkiyə düşməni türkçülük olsa İran düşməni türkçülük də olar. Dövlət Baxçalıdan gözlədiyimiz budur ki, İranda “bozqurd” işarəti verən fitnəçilərə qarşı mövqeyini ortaya qoysun”-Perinçek bildirib.

Xatırladaq ki, son məlumatlara görə İranda etirazlar və iğtişaşlar səngiyib. Təhlükəsizlik Şurasının rəhbəri general Əli Şamxani ölkədə xarici qüvvələr tərəfindən dəstəklənən üsyanın yatırıldığını elan edib. Bu aksiyalarda Cənubi Azərbaycan şəhərlərinin iştirakına dair ziddiyətli məlumatlar gəlirdi. Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən Marağa şəhərində minlərlə azərbaycanlı küçələrə çıxıb və İran hakimiyyətinə qarşı şüarlar səsləndirib. Lakin Güney Azərbaycan Milli Oyanış Hərəkatı adlı mühacir hərəkat bildirib ki, azərbaycanlılar İrandakı etirazlara dəstək vermir.virtualaz.org

BIR CAVAB BURAXIN