İş axtaranların nəzərinə: Bu təklifə aldanmayın!

0
495

“Sosial şəbəkərdə və bəzi saytlarda “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” (Bakı Limanı) QSC-nin adından vakant iş yerləri təklif olunur, Həmin vakant yerlər barədə məlumat həqiqətə uyğun deyil”.

Bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” (Bakı Limanı) QSC-dən məlumat verilib.

Bildirilib ki, bu və buna bənzər məlumatlara etibar etməməyiniz tövsiyyə olunur: “Bakı Limanında işə qəbul prosesi yerli qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq müsabiqə yolu ilə həyata keçirilir.

Bakı Limanında mövcud vakansiyalar barədə elanlar İnsan Resursları departamenti tərəfindən Bakı limanının rəsmi veb səhifəsində (www.portofbaku.com) mütəmadi olaraq yerləşdirilir”. (azvision.az)

BIR CAVAB BURAXIN