“İraqı idarə edənlər bizim kadrlardır” – Qasım Süleymani

0
428

“İranla çox yaxşı əlaqələri olan kadrlar artıq İraqı idarə edir”.

Strateq.az xəbər verir ki, bu etiraf İranın Yaxın Şərq siyasətini müəyyənləşdirən və “Qüds qüvvələri”nin komandiri olanQasım Süleymani tərəfindən səsləndirilib.

“Tesnim” xəbər agentliyinin ingiliscə bölməsinin bildirdiyinə görə, İslami Şura Məclisinin deputatları ilə bir araya gələn Süleymaniİraq-Suriya-İran əlaqələri barədə onlara məlumat verib. General Süleymani deyib:

“Amerika İranla yaxşı münasibətləri olan qrupların İraqda heç bir təsir gücünün ola bilməyəcəyini zənn edirdi. Lakin bizə yaxın kadrlardan təşkil olunan İraq İslam Ali Məclisi bu ölkədə hakimiyyət başındadır”.

Süleymani İran əsgərlərinin İraqda savaşması barədə deyilənləri isə təkzib edib və buna lüzum olmadığını bildirib: “Hazırda İran əsgərlərinin İraqda olması lazım deyil. Çünki orada olanlar onsuz da bizə yaxındırlar və Fellucədə hərbi əməliyyatları davam etdirirlər”.

Generalın fikrincə, İranın bölgədəki hərbi mövqeyi olmasaydı, Yaxın Şərqin böyük hissəsində İŞİD hökm sürəcəkdi.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Qasım Süleymaninin hərbi əməliyyatları idarə etmək üçün Fəllucədə olduğu bildirilirdi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

7 + 6 =