ABŞ Avropanın təhlükəsizliyinin təmin edilməsi üçün xərclərini 4 dəfə artırır

0
617

“Rusiyadan gələn təhdidlər və Avropa ölkələrini bürümüş miqrasiya böhranı fonunda NATO Avropanın müdafiə ehtiyaclarını ödəmək üçün 2016-cı ildə xərcləri əhəmiyyətli dərəcədə artıracaq”.
“Report” “Financial Times”a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
Stoltenberqin sözlərinə görə, Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması Alyansın hərbi ehtiyaclarının ödənilməsində çətinlik yarada bilər:“Böyük Britaniya Avropa İttifaqında NATO-nun əhəmiyyətli müttəfiqidir və ABŞ-dan sonra təhlükəsizliyə ən çox sərmayə qoyan ikinci dövlətdir. Bundan başqa London NATO – Avropa İttifaqı tandemində aparıcı rol oynayır”.
“Financial Times” həmçinin yazır ki, NATO-nun bir illik xərcləri konkret rəqəmlərlə göstərilməsə də, bir sıra Avropa ölkələri rəsmiləri xərcləri artıracaqlarını bildirməsi Yens Stoltenberqin dediklərini təsdiqləyir.
Məlumata görə, Estoniya hərbi büdcəni 90 faiz, Latviya – təxminən 60 faiz, Litva 35 faiz artıracaq. Şərqi Avropada əsas hərbi qüvvə sayılan Polşa da bu istiqamətdə maliyyə xərclərini 9 faiz artıracağını bildirib.
Pentaqon isə Avropanın təhlükəsizliyinin təmini üzrə təşəbbüsə 2017-ci ildə 3,4 milyard dollar ayırmağı planlaşdırır. 2015-ci ildə bu rəqəm 789 milyon dollar təşkil edib.

BIR CAVAB BURAXIN