İranlı general PKK terrorçularına söz verdi – “Həm maddi, həm də hərbi dəstəkləri artırılacaq”

0
588

İran İnqilab Keşikçiləri Korpusunun xaricdəki hərbi-kəşfiyyat fəaliyyətlərini həyata keçirən Qüds qüvvələrinin komandanı general Qasım Süleymani ilə bağlı sensasion məlumat yayılıb.
Avropa.info xəbər verir ki, iranlı generalın PKK terror təşkilatının yüksək səviyyəli liderlərindən olan Cəmil Bayıkla İraq Kürd Muxtariyyətinin Süleymaniyyə şəhərində görüşdüyü iddia olunub.
Kürdüstan Demokrat Partiyasına (KDP) yaxınlığı ilə tanınan “Basnews” adını açıqlamadığı bir mənbəyə istinadən yaydığı xəbərdə Süleymaninin Bayıkdan PKK-nın Mosulu azad etmək üçün başladılan əməliyyatda iştirak etməsini istədiyi bildirilir.
Xəbərdə həmçinin Süleymaninin bölgədəki səfərlərini yaxından təqib edən mənbənin iranlı generalın Süleymaniyyə şəhərinə etdiyi son səfəri zamanı Bayık ilə görüşü ilə bağlı bunları dediyi qeyd olunur:“Süleymani, PKK terrorçularının əməliyyatda iştirak edəcəyi təqdirdə İranın PKK-ya həm maddi həm də hərbi dəstəklərinin artırılacağı ilə bağlı söz verdi. Bundan başqa Süleymani Bayıkdan İranın nüfuz göstərdiyi bölgələrdə PKK-nın daha çox aktiv olmasını tələb edib.”

BIR CAVAB BURAXIN