İntihara cəhd edən jurnalist yazdı: “Bataqlıqdan çıxacam”

0
542

Srağagün gecə düşdüyü depressiya səbəbindən intihara cəhd edən tanınmış jurnalist Səbuhi Məmmədli artıq özünə gəlib və sosial şəbəkədəki səhifəsində status yazıb. Musavat.com jurnalistin optimizm dolu qeydlərini təqdim edir:

“Çox, həddən artıg gərgin idim. Nə etdiyimin fərgində deyildim. Hə, mən bataqlığa yuvarlanmişam. Və mən bu bataqligdan çıxacam. Hər şeyi, adamları, işimi, adımı, saglamlığımı qaytaracam… Mən bu bataqliqdan çıxıb hamınız üçün sizin arzuladiğınız Səbuhi olacam.

Bu həyat bizə bir dəfə verilir. Heç Allah da verməyib, tam təsadüfən verilib. Düşün ki, kainatın heç bir yerində heç vaxt Səbuhi olmayıb və bundan sonra da olmayacaq. Bu şans milyardda bir sənə verilib. Niyə bunu sona qədər bacardıqca çox yaşamayasan! Mən şəxsən belə düşünürəm… Və mən yaşayacam. Çünki bunun üçün kifayət qədər səbəblərim var…
Hamınızı sevirəm…”

Qeyd edək ki, gözəl reportajlar ustası son dönəmlərdə peşə karyerasında və şəxsi həyatında üzləşdiyi problemlərə görə pessimizmə yuvarlanıb. Dostları, həmkarları onu bu durumdan xilas etmək üçün psixoloji yardım göstərirlər.

BIR CAVAB BURAXIN