İndoneziyada Boing 737 qəzaya uğrayıb

0
330

Bu gün səhər İnodeniziyanın Yava adası sahillərində Cakarta- Pankalpinanq reysi ilə uçan “Lion Air” avaiakompaniyasına aid Boing737 təyyarəsi qəzaya uğrayıb.

Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, qəza zamanı Boing-də 189 nəfər olub. Onların arasında 8 heyət üzvü və 3 uşaq da var. Ekstremal xidmət əməkdaşlarının mətbuata açıqlamasına görə, təyyarə havaya qalxdıqdan 13 dəqiqə sonra radardan gözdən itib. Radardan itməzdən əvvəl təyyarə kapitanı yenidən hava lımanına qayıtmaq üçün icazə istəyib. Son məlumatlara görə qəza zamanı Boing-də olan sərnişinlərin hamısı  həlak olub. Hazırda hadisə yerində xilasetmə axtarış əməliyyatları həyata keçirilir.

Əziz Mustafa

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

15 − five =