İndoneziya hökuməti Gülənin məktəblərini bağlamaqdan imtina etdi

0
298

“İndoneziya hökuməti Fətullah Gülənin ölkədə açdırdığı məktəblərin bağlanmasından imtina etsə də, Türkiyə ilə dostluq münasibətlərini davam etdirmək niyyətindədir”.

TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Jakarta Post” qəzetində verilən məlumatda deyilir. İndoneziyanın xarici işlər naziri Retno Marsudi bildirib ki, İndoneziya həmişə digər dövlətlərin qanunlarına və suverenliyinə hörmət edib: “Buna görə də analoji addımın İndoneziyaya münasibətdə atılmasını gözləyirik”.

R.Marsudi bildirib ki, hökumət Ankaranın diplomatik kanallar vasitəsilə 9 məktəbin bağlanması ilə bağlı tələbini rədd edib: “Təhsil Nazirliyi ilə məsləhətləşmələr aparılıb və həmin məktəblər tərəfindən İndoneziya qanunlarının pozulması faktının qeydə alınmadığı məlum olub”. Qeyd edək ki, FETÖ terror təşkilatı iyulun 15-də Türkiyədə yüzlərlə insanın ölümü və yaralanması ilə nəticələnən dövlət çevrilişinə cəhd edib. Bundan sonra Türkiyə bir sıra ölkələrə terror təşkilatının başçısı Fətullah Gülənə bağlılığı olan məktəblərin bağlanmasına dair müraciətlər göndərib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

eleven − 2 =