Virtualaz.org Qərb mətbuatına istinadən xəbər verir ki, ABŞ prezidentliyinə namizəd Hillari Klintonun jurnalistlərə müsahibəsi zamanı qəribə davranışının vieogörüntüləri yayımlanıb.
Kadrlardan göründüyü kimi, xanım Klinton suala cavab verərkən sanki nevrotik “tutma” halına düşür, lakin sonradan sakitcə söhbətini davam etdirir.
Bəzi jurnalistlərin fikrincə, prezidentliyə namizəd ciddi xəstədir, digərləri isə iddia edirlər ki, bu hərəkəti ilə Hillari Klinton suallardan bezdiyini nümayiş etdirmək istəyib.