Sergey Şoyqu Bakıda Zakir Həsənovla danışıqlar aparacaq

0
590

“Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu avqustun 14-15-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla Bakıda danışıqlar aparacaq”.

TASS xəbər verir ki, bunu jurnalistlərə Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

Onun sözlərinə görə, tərəflər ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələlərini eləcə də beynəlxalq və regional təhlükəsizlik problemlərini müzakirə edəcəklər.

“Dağlıq Qarabağ münaqişəsi üzrə fikir mübadiləsi aparılacaq”, – deyə Konaşenkov əlavə edib.

Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, Sergey Şoyqunun Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi planlaşdırılır.

*   *   *17:31

Avqustun 14-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu nümayəndə heyəti ilə birgə Azərbaycana işgüzar səfərə gələcək.

Azərbaycanın Müdafiə Nazirliyindən verilən məlumata əsasən, səfər avqustun 15-dək davam edəcək.

Qeyd edək ki, avqustun 13-də Azərbaycanın müdafiə naziri Zakir Həsənov Rusiyaya işgüzar səfərə getmişdi.

BIR CAVAB BURAXIN