Heydər Əliyevin hədiyyəsi olan uniformalı Atatürk portretini divardan endirdilər

0
609

Türkiyə Böyük Millət Məclisinin binasında aparılan təmir və yenidənqurma işləri zamanı ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan prezidenti Heydər Əliyev tərəfindən hədiyyə edilmiş, üzərində Atatürkün marşal uniformalı porterti olan xalça divardan endirilib.

Bu hadisə atatürkçülər arasında və ana müxalifət partiyası CHP-də narazılıq doğurub.

TBMM-in binası 15 iyul hərbi çevriliş cəhdi zamanı qiyamçılar tərəfindən bombalanıb. Nəticədə parlament binasının bir hissəsi dağılıb. Hazırda bombardman nəticəsində dağılan hissə təmir olunur, eləcə də TBMM-in xalqla əlaqələr üçün nəzərdə tutulmuş korpusu sökülüb yenidən tikilir. Təmir işləri çərçivəsində TBMM-in müxalifət millət  vəkilləri tərəfindən məsləhətləşmələr üçün istifadə edilən zalı da sökülüb, Heydər Əliyevin bağışladığı Atatürk portreti isə həmin zalın divarından asılmışdı.

Azərbaycanın ümummilli lideri həmin xalçanı 90-cı illərin əvvəllərində Türkiyəyə səfəri zamanı TMBB-in o vaxtkı başqanı Hüsaməddin Cindoruka hədiyyə edib. O vaxtdan etibarən xalça TBMM-in həmin zalında divardan asılmışdı. 2002-ci ildə AKP-nin hakimiyyətə gəlməsindən sonra zalı müxalifətçilər istifadə edirdi  və onlar öz aralarında həmin zalı “marşalın lojası” da adlandırırdılar. Lakin indi zal “TBMM binasının ümumi layihəsinə uyğun olmadığı üçün” sökülüb.

TBMM-in təhlükəsizlik üzrə idarə amiri, AKP-dən olan Salim Uslu təmir işləri başa çatandan sonra uniformalı Atatürk portretinin yerinə asılmayacağını bildirib. Onun sözlərinə görə, parlamentin binasında Atatürkün yüzlərlə sivil formalı portreti olduğu haqda hərbi geyimli portretinin asılmasına ehtiyac yoxdur. “Atatürkün uniformalı portreti ancaq kazarmalardan asıla bilər”-Salim Uslu deyib.

TBMM-in başqanı İsmail Kahraman isə Atatürkün həmin portertinin parlament binasında TBMM başqanlarına verilmiş hədiyyələrin saxlanıldığı muzeyə veriləcəyini açıqlayıb. “Bu xalça Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin keçmiş Məclis Başqanı Hüsaməddin Cindoruka hədiyyəsidir, ona görə də xalça məclis başqanlarına verilən hədiyyələrin saxlanıldığı muzeyin divarına asılacaq”-o bildirib.

Virtualaz.org

BIR CAVAB BURAXIN