“Hələbdə vəziyyət çox ağırdır”

0
590

“Suriyanın Hələb şəhərində vəziyyət həddindən artıq ağırdır, ölkədə böhranın siyasi həllinə dərhal qayıtmaq zəruridir.”
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Suriyada araşdırmalar üzrə Müstəqil Komissiyasının çərşənbə axşamı yayılmış bəyanatında deyilir.

Sənəddə vurğulanır ki, Müstəqil Komissiya hazırda son günlər döyüşlərin intensivləşdiyi şəhərin şərq hissəsində qərarlaşan dinc əhalinin, o cümlədən 100 min uşağın təhlükəsizliyindən ciddi narahatdır.
“Hələbdə mülki əhalininağır həddə düşən vəziyyəti dərhal diqqət və əməli addımlar tələb edir”, – bəyanatda bildirilir.

BIR CAVAB BURAXIN