Misirdə Türkiyə lehinə casusluq edən 29 nəfər saxlanıldı

0
572

Misirdə Türkiyə lehinə casusluq edən 29 nəfər saxlanıldı
Misir polisi Türkiyə lehinə casusluq etməkdə şübhəli bilinən 29 nəfəri saxlayıb.

“Ölkə.Az” xəbər verir ki, saxlanılan şəxslər həm də terrorçularla əməkdaşlıq, çirkli pulların yuyulması və lisenziyasız valyutadəyişmə fəaliyyəti kimi əməllərdə də ittiham edilirlər. Məlumatı Misir mətbuatı paylaşıb.

Qeyd edilir ki, əməliyyat Misir prokurorluğunun sərəncamı əsasında aparılıb. İstintaqa məlum olub ki, saxlanılanlar telefon danışıqlarını köçürərək türk kəşfiyyatına ötürüblər. Məqsəd isə Misirdə qadağan edilmiş “Müsəlman qardaşları” dini hərəkatının fəaliyətini bərpa etməkdir.

BIR CAVAB BURAXIN