Gürcüstanda “donuz qripi”kütləvi epidemiya halını alır: ölənlərin sayı 13 nəfərə çatıb

0
488

Gürcüstanda donuz qripindən A(H1N1) ölənlərin sayı artmaqda davam edir.

Arazinfo.com-un  rambler.ru-ya istinadən verdiyi xəbərə görə, qonşu ölkədə donuz qripindən A(H1N1) ölənlərin sayı artıq 13 nəfərə çatıb. Bununla bağlı “Rustavi” telekanalının yaydığı məlumata görə,  donuz qripinin A(H1N1) kütləvi epidemiyaya çevrilməsi təhlükəsi var. Məsələnin təhlükəli hal aldığını görən Gürcüstan Səhiyyə nazirliyi təcili tədbirlər həyata keçirməyə başlayıb. Bu məqsədlə ölkədəki tibb müəssisələri fövqəladə iş rejiminə keçirilib.

Qeyd edək ki, son məlumata görə Gürcüstanda 162 nəfər  donuz qripinə A(H1N1) yoluxub və xəstələr arasında ölüm halları artmaqdadır