Ərdoğandan ABŞ-a sərt xəbərdarlıq: Suriyada hərbi əməliyyata hazırıq

0
531

Türkiyə  Suriyadakı kürd terrorçu qruplaşmalarına qarşı istənilən an hərbi əməliyyatlara başlaya bilər.

Arazinfo.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədəTrampın təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun Ankaranı tərk etməsindən sonra prezident Rəcəb Tayyib Ərdoğan bildirib: “Suriyada terrorçu kürd qruplaşmalarına qarşı  istənilən an hərbi əməliyyatlara başlaya bilərik. Mən bununla bağlı məsələni Trampla müzakirə etməyə hazıram”.

İsrailə səfəri zamanı keçirdiyi görüşlərdə Türkiyəni kürdlərə qarşı mübarizə aparmaqda günahlandıran Boltonu sərt şəkildə tənqid edən Ərdoğan deyib ki, o bununla da dünya ictimaiyyətini aldadıb. Türkiyə rəhbəri Türkiyənin kürdlərlə deyil, bölgədəki terrorçu kürd qruplaşmaları ilə mübaizə apardığını bir daha bəyan edib: “Boltonun kürdlərlə mübarizə apardığımızı bəyan etməsi böhtandan başqa bir şey deyil. Biz belə böhtan və iftiraları rədd edirik. Türkiyəyə böhtan və iftira atanlar beynəlxalq aləmi aldatmağa cəhd edirlər”.

Ərdoğan Suriyadakı PKK terrorçu təşkilatının bir qolu olan YPC-yə münasibətdə Türkiyənin hər hansı güzəştə getməyəcəyini bir daha vurğulayıb.