General Samvel Babayan: “Erməni tərəfi Moskvada deyib ki, əraziləri qaytarmağa hazırdır”

0
639

Qondarma “DQR”in keçmiş “müdafiə naziri” , aprel döyüşlərindən sonra Moskvadan qayıdan general Samvel Babayan deyib ki, erməni tərəfi bu yaxınlarda  Moskvada ərazilərin qaytarılmasına hazır olduğunu bildirib.

Virtualaz.org xəbər verir ki, Babayan bu haqda 7or.am saytına müsahibəsində danışıb. “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında o, dediklərini təsdiqləyib. Bildirib ki, erməni tərəfi nəinki ərazilərin qaytarılmasına, eləcə də başqa güzəştlərə hazırdır.

Onun sözlərinə görə, Ermənistan artıq xarici təzyiqlərə davam gətirmək imkanında deyil. “İstər Azərbaycan tərəfdən olsun, istər həmsədrlər tərəfdən. Biz müqavimət göstərə bilmirik və “hə” deyən obyektə çevrilik”-Babayan deyib.

Generanl “Samo”nun sözlərinə görə, 2008-ci ildən sonra erməni tərəfi Qarabağ məsələsində çox ciddi güzəştlərə hazır olub. Bunlardan birincisi Laçın rayonunun məsələsinin “Laçın dəhlizi”inə çevrilməsidir. İkincisi, azərbaycanlı qaçqınların Şuşa və Laçına qayıtmasına razılaşıblar. Üüçüncü Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyən edilməsi qeyri-müəyyən müddətə təxirə salınır. “Yəni biz 1988-ci ilə qayıdırıq”– o deyib.

Samvel Babayanın sözlərinə görə, erməni tərəfi üçün bu arzuolunmaz variantın qarşısını ancaq Azərbaycan prezidenti İlham Əliyevin işğal olunmuş rayonların hamısını, o cümlədən Şuşanı birdən geri almaq istəyi alır. “Yəni o, 7 yox, 12 rayonu birdən istəyir. Bundan başqa Azərbaycan kimin olursa olsun, sülhməramlıların yerləşdirilməsinə qarşıdır. Ermənistan isə razılaşmağa meyllidir”-Babayan deyib.

BIR CAVAB BURAXIN