Ərdoğan Mosula hücumun vaxtını açıqladı

0
556

İraq ordusu və Şimali İraq Kürdüstan Muxtariyyətinin silahlı birləşmələri (peşmərgə) Mosul şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üçün oktyabrın 19-da əməliyyata başlamağı planlaşdırır.

Türkiyənin “Yeni Şafak” qəzetinin verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dan Türkiyəyə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında bildirib.

R. T. Ərdoğan ərəblərlə peşmərgənin bu əməliyyatda həmrəy şəkildə iştirak etməsinin vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, Mosul şəhəri və ətrafı 2014-cü ildən İŞİD-in nəzarətindədir.(APA)

BIR CAVAB BURAXIN