Gəncədə qadın ayrıldığı ərini hamamda saxlayır

0
457
 

Uzun illər əvvəl ayrılan ər və arvad eyni həyətdə yaşayır. Qadın yarımçıq tikilidə, kişi isə həyətdəki hamam üçün tikilən daxmada…

Gəncədə yaşayan ər və arvad Qalib Xankişiyev  və Xanım Ocaqverdiyeva əslində 15 il əvvəl ayrılıblar. Əlilliyi olan Qalib Xankişiyev bu müddət ərzində qardaş və bacısının yanında yaşayıb. Keçmiş həyat yoldaşı yaşayan evə isə bir neçə ay əvvəl qayıdıb. Xanım Ocaqverdiyeva da ona hamamda yer verib.

Kişi  ata yurdunu keçmiş həyat yoldaşı ilə birlikdə satdığını, buna görə də, indiki evdə yaşamağa haqqının çatdığını bildirir.

O, başqa gedəcəyi yerinin olmamasını əsas gətirərək bu həyətdə onun da payının olduğunu deyir.

Xanım Ocaqverdiyeva isə deyir ki, keçmiş ərindən boşandıqdan sonra başqa adamla evlənib. Bir müddət sonra ondan da ayrılıb. Hazırda yarımçıq tiktirdiyi evdə 3 uşagı ilə bərabər yaşayır. Keçmiş ərini çətin vəziyyətə salmaqda ittiham olunan qadın hazırda bir yerdə yaşamasına heç bir əsas olmadığını deyir. Çünki 15 il əvvəl boşanıblar, evi də ayrıldıqdan sonra qadın tikib. Baxmayaraq ki, kişinin də dediyi kimi, ona atasından qalan evi keçmişdə birlikdə satıblar.

Qalibin qaldığı daxmada işıq və qaz var, içəri çarpayı və maqnitofon qoyulub. Evdə bişən yeməkdən də ona verilir. Ancaq qadın evi tək tikdiyini, mülkiyyət hüququnun da ona aid olduğunu əsas gətirərək kişini tezliklə qaldığı yerdən də çıxaracağını deyir. (“Xəzər TV”)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

20 − 18 =