«Gələcək müsəlmanlarındır – Bu dünyanın sakini müsəlmanlar olacaq!»

0
510

 11

Rusiyanın iri şəhərlərindən birində yaşayan tatar dostum mənə xeyli maraqlı bir videosüjet göndərib. Süjetdə pravoslav keşişi olduqca maraqlı bir mətləbə toxunur. Kilsəyə ibadətə gəlmiş xristianlar qarşısında çıxış edən keşiş müsəlmanların xeyirxahlığından, Allaha daha yaxın olduğundan söhbət açır və belə bir proqnoz səsləndirir: «Gələcək həmin müsəlmanlarındır. Bu dünyanın sakini onlar olacaq…».

İctimai əhəmiyyətini nəzərə alıb, keşişin çıxışının həm video variantını (orijinalı), həm də dilimzə tərcüməsini hörmətli oxucularımızın diqqətinə təqdim edirəm:

«Bu gün yaşlı bir qadın mənə yaxınlaşıb dedi:

– Müqəddəs ata, bir mətləbi mənə izah edərsənmi?

– De gəlsin – çalışaram… hərdən elə suallar verirlər ki, cavab verə bilmirsən…

– Mən kilsəyə ibadətə getmək istəyəndə, əl qaldırıram, maşın saxlayır… məni aparır. Sükan arxasındakı müsəlman olanda, məndən pul almır və deyir: Necə ola bilər ki, oğul anadan pul alsın, xüsusilə də o halda ki, ana ibadət etməyə gedir? Sükan arxasındakı xaçpərəst (xaç suyuna salınmış pravoslav) olanda, «bu, mənim işimdir» – deyir və məndən pul alır…

– Çox sadə! Həmin müsəlmanlar İsaya daha yaxındırlar, nəinki xaçpərəstlər – hətta ola bilsin ki, Pasxada-zadda kilsəyə də gedirlər və s. Çünki onlarda mərhəmət, xeyirxahlıq, başqalarının halına acımaq hissləri yoxdur. Nənədən yapışmaq, «gəl səni bir qədər də gəzdirim, gəl səni camaşırxanaya aparım, qəbzini ödəyim, zənbilini liftə qədər (mərtəbəyə qədər) aparım» – deyə, onu dilə tutmaq əvəzinə, xaçpərəst sürücü ondan pul alır. Hansı ki, bu əməllər Allahın xoşuna gələnlərdəndir…

Maraqlıdır, nələrin Allaha xoş gəldiyini müasir müsəlman bilir, amma müasir xaçpərəst (xaç suyuna salınmış pravoslav) bilmir. Deyin, indi Allaha kim daha yaxındır?

Ona görə, də gələcək həmin müsəlmanlarındır – onlarındır gələcək! Bu dünyanın sakini onlar olacaqlar. Çünki bütün bunlar müasir xaçpərəstə lazım deyil. Müsəlmanlar bir başqadırlar – onlar qızğındırlar, dini ayinlərə əməl edirlər, Allaha ibadət edirlər… Hətta bayram günlərində müsəlmanların yaşadığı məhəllələrə girməyə belə ehtiyat edirsən – on minlərlə cavan kişi diz üstə çöküb, Allaha dua edir! Harada görmüsünüz ki, bu qədər xaçpərəst kişi ibadətlə məşğul olsun? Heç yerdə və heç vaxt rast gəlinməyib – yalnız qoca qadınlar…».

Mirzə AĞ
AzPolitika.info

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

5 × two =