İran 130 mlrd. dollar dəyərində neft sazişləri imzalamaq niyyətindədir

0
522
11

İran beynəlxalq neft şirkətləri ilə  130 mlrd. dollar dəyərində 11 saziş imzalamaq niyyətindədir. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə İranın neft nazirinin müavini Əmir Zamani Niyyə bildirib.

Onun sözlərinə görə, İran hazırda Fransanın “Total” neft şirkəti ilə  “Cənubi Fars” yatağı üzrə “17-ci Faza” layihəsinin reallaşdırılmasına dair yekun sazişin imzalanmasına dair danışıqlar aparır.  Bu sazişin dəyəri 4,7 mlrd. dollar təşkil edir.

“Bundan başqa, İran Britaniyanın  “Shell” və “British Petroleum”, habelə, Rusiya və Çin neft şirkətləri ilə danışıqlar aparır. Tehran bu layihələrə böyük önəm verir”, – deyə nazir müavini əlavə edib.

BIR CAVAB BURAXIN