Fransesk Fabreqas: “Konte mənim komandaya lazım olmadığımı…deməyıb”

0
326

Londonun “Çelsi” futbol komandasının yarımmüdafiəçisi Fransesk Fabreqas baş məşqçi Antonio Konte ilə aralarında hansısa münaqişənin olduğu barədə mətbuatda yayılan məlumatları təkzib edib. O bununla əlaqədar yerli mətbuata verdiyi açıqlamasında Kontenin onu meydana buraxmamasının aralarında hansısa çəkişmə olması ilə bağlı olmadığını söyləyib. Fransesk Fabreqas: “Konte ilə münasibətlərim hazırda çox yaxşıdır. Konte mənim komandaya lazım olmadığımı və klubu tərk etməyimi deməyib. O əksinə komandaya lazım olduğumu bildirir. Əlbəttə, mən də Kontenin etimadını doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Əminəm ki, “Çelsi”nin əsas heyətində komandamın qələbələri üçün meydana çıxa biləcəyəm. Ona görə də hazırda bütün diqqətimi məşqlərə yönəltmişəm”,-deyib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

8 − one =