Azərbaycanlılar pullarını Türkiyəyə yatırır

0
506

Bu ilin ilk beş ayında Türkiyədə Azərbaycan kapitalı ilə 80 şirkət yaradılıb. Onlardan 29-u səhmdar cəmiyyətdir. Azərbaycanlılar həmin cəmiyyətlərə 4 milyon 126 min lirə yatırıblar.

Xəbəri Turan agentliyi Türkiyə Palatalar və Birjalar Birliyinin məlumatına istinadən yayıb.

Bu şirkətlərin elan edilmiş ümumi kapitalı 13 milyon lirədən artıqdır. Həmin vəsaitin 10 milyondan artığı azərbaycanlı təsisçilərə məxsusdur.

Hazırda Türkiyədə Azərbaycan kapitalının iştirakı ilə 1700-ə yaxın şirkət fəaliyyət göstərir.

Azərbaycandan Türkiyəyə kapital axını daha çox 2013-cü ildən artmağa başlayıb. Həmin vaxtdan bu yana azərbaycanlılar Türkiyədə 600-dən artıq şirkət qurublar.

BIR CAVAB BURAXIN