“Ölkədə qarpızdan kütləvi zəhərlənmə halları çoxalıb” – XƏBƏRDARLIQ..

0
510
Ölkə ərazisində qarpızdan zəhərlənmə halları yenidən müşahidə olunub. Bu yaxında Neftçala rayonunda ana və qızı qarpızdan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Moderator.az-a açıqlamasında bildirdi ki, ölkədə qarpızdan kütləvi zəhərlənmə halları çoxalıb:
“Qarpızdan zəhərlənmə halları özünü on saat sonra biruzə verir. Əhalinin qarpızdan zəhərlənmə haqqında maariflənməsinə ehtiyac var. Ölkədə qarpızdan kütləvi zəhərlənmə halları var. Bizə yazılı müraciətlər olmasa da,  çoxlu sayda telefon zəngləri daxil olub. Dörd ildir ki, bizdə olan cihazla işlər aparırıq və müəyyənləşdirmişik ki, ölkə bazarında olan qarpız və yemişin tərkibində nitratların sayı normadan təxminən iki dəfə çoxdur. Ən sağlam adamın yediyi qarpızın tərkibində beş yüz milliqram nitrat olarsa, zəhərlənə bilər. Biz müşahidə etmişik ki, qarpızların tərkibində iki yüz, üç yüz milliqram nitrat var və əgər insan bu qarpızdan iki kiloqram yeyərsə, zəhərlənə bilər. Bütün ölkə ərazisində qarpız və yemişlə bağlı vəziyyət gərgindir”.

BIR CAVAB BURAXIN