Fransada plastik qablardan istifadəyə qadağa qoyulub

0
570

Fransada plastik qablardan istifadəyə qadağa qoyulub

Fransada 2020-ci ildən yemək yemək və yemək saxlamaq üçün istifadə edilən plastik qablardan istifadə edilməyəcək.APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bununla bağlı Yaşıllar Partiyasının müəllifi olduğu qanun parlamentdə qəbul edilib.

Birdəfəlik istifadə edilən plastik qablar da 2020-ci ildən istifadə edilməyəcək. Plastik qablarla bağlı qadağaya səbəb isə onların xərçəngə yol açması ilə bağlı araşdırmalardır.

Xatırladaq ki, bu ilin əvvəlindən Fransada supermarketlərdə plastik torbaların da satışına qadağa qoyulub.

BIR CAVAB BURAXIN