“Hər ikisi böyük sənətkardır. Flora xanımla 18, Zeynəb xanımla 22 yaşım olanda tanış olmuşam. İkisi də mərd xanımdır, onların arasına girən adamın dilini kəsmək lazımdır. Onun bir adı var: şeytan”
Xalq artisti, tanınmış bəstəkar Oqtay Rəcəbov Flora Kərimovanın Zeynəb Xanlarova haqqında söylədiyi açıqlamaya münasibət bildirərkən belə deyib.
Publika.az-a açıqlama verən bəstəkar Zeynəb Xanlarovanı böyük sənətkar adlandırıb:
“Zeynəb xanım dünya çapında məşhur olan istedadlı sənətkardır. O, qazandığı uğurlara görə Ələkbər Tağıyevə yox, Allaha borcludur. Heç kimin də çörəyini yemir. Alın təriylə qazandığı çörəyi yeyir. Zeynəb bizim milli sərvətimizdir, onu qorumalıyıq, ona daş atmamalıyıq. Zeynəb xanım yüzminlərlə tamaşaçısı olan zalı dolduran bir sənətkar olub. Mən inanmıram Flora xanım onun barəsində belə açıqlama versin”.