FETÖ-çü adı ilə həbs edilən generallar azadlıqda

0
594

Türkiyədə ötən il iyulun 15-də dövlət çevirlişinə cəhddə iştirak etməkdə ittiham olunaraq həbs edilən 3 general azadlığa buraxılıb.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, briqada generalları Murat Yayğın və Cəlaləddin Çoban, briqada admiralı Ercan İnceoğlu bəraət alaraq azadlığa buraxılıblar.

Ankara 19-cu Ağır Cinayətlər Məhkəməsinin noyabrın 15-də keçirilən iclasında generalların həbsdən azad edilməsi haqqında qərar çıxarılıb. Qərarda qeyd olunur ki, adları çəilən şəxslərə qarşı ittihamlar öz təsdiqini tapmadığından ittihamlar hüquqi qüvvəsini itirmiş sayılır.

BIR CAVAB BURAXIN