Beynəlxalq iqtisadi forumun yaydığı məlumatda bildirilir ki, 2015-ci ildəki vəziyyətə görə, Ermənistanda doğulan hər 4 nəfərdən biri artıq bu ölkədə yaşamır.
Modern.az xarici mediaya istinadən bildirir ki, BMT-nin əhali fondunun məlumatına görə, son 25 ildə Ermənistandan mühacirət edənlərin sayı 1 milyondan çox olub. Keçmiş SSRİ respublikalarının heç birində belə göstərici qeydə alınmayıb.
Rəsmi məlumata görə, 2015-ci ildə Ermənistanın keçid məntəqələrindən çıxanların sayı 43 400 nəfər olub.