ELDAR MAHMUDOVUN XANIMI DANIŞDI – “Səhətində problemlər var, amma…”

0
307

Bir neçə gündür ölkə mətbuatında sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun ölüm xəbəri yayılıb. Yayılan məlumatda sabiq nazirin evinə qapanaraq içki aludəçisi olduğu, bu səbəbdən ürəyində problemlər yaranaraq, yaşadığı bağ evində vəfat etməsi ilə bağlı xəbərlər ölkə KİV-də səngimək bilmir.
Yayılan xəbərin kütləviliyini və ölkə mətbuatında rezonans doğurduğunu nəzərə alan Bizimyol.info saytı, məsələ barədə açıqlama almaq üçün, sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun yaşadığı evə zəng edib.

56776Dəstəyi qaldıran sabiq nazirin həyat yoldaşıTahirə Mahmudova saytımıza qısa açıqlamasında yayılan məlumatın yalan olduğunu bildirib. “Belə məlumatlar hardan çıxır bilmirəm. Bəli, Eldar müəllimin səhətində problemlər var, amma ölüm faktı yoxdur. Heç elə bir şey də olmayıb. Məlumat yalandır”.
Qeyd edək ki, Eldar Mahmudovun həyat yoldaşı Tahirə Mahmudova Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyyasının katibi vəzifəsində çalışıb. O, səhətində problemlər yarandığı üçün, öz ərizəsi ilə işdən çıxıb.

Xatırladaq ki, bəzi saytlarda, həmçinin sosial şəbəkədə Eldar Mahmudovun  ölüm səbəbi kimi ürək tutması göstərilir. Bildirilib ki, Mahmudovun Bakı ərazisindəki bağ evinə təcili yardım çağırılıbmış.
“Lakin həkimlərin səylərinə baxmayaraq, keçmiş naziri xilas etmək mümkün olmayıb“, deyə məlumatda bildirilir.
Məsələ ilə bağlı Sputnik Səhiyyə Nazirliyinin Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevə müraciət edib.
“Bakı şəhəri üzrə Eldar Mahmudovun adına çağırış qeydə alınmayıb”, deyə Nağıyev bildirib.
Bundan əlavə, Bakı şəhər Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyində də Sputnik-ə Mahmudovun ölümü barədə məlumatlı olmadıqlarını bildiriblər.
“Əgər bu qəfil ölümdürsə, meyit patoloqoanatomlar tərəfindən müayinə edilməlidir. Eldar Mahmudovun cəsədi morqa gətirilməyib”, deyə Birlikdən bildiriblər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

11 − 10 =