Azərbaycanda vəzifədə ikən vəfat edən nazirlər, iri ranqlı məmurlar

0
725
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov qəfildən dünyasını dəyişib. Məlumata görə, bu günlərdə Parisdə keçirilən “EUROSATORY-2018” beynəlxalq müdafiə və təhlükəsizlik sərgisində iştirak etmiş Yavər Camalovun səhhəti qəfil pisləşib və dünyasını dəyişib.

Arazinfo.com olke.az-a istinadən xəbər verir ki, Y. Camalov vəzifədə ikən dünyasını dəyişən ilk iri ranqlı məmur deyil. Belə ki, bir müddət əvvəl energetika naziri Natiq Əliyevin qəfildən səhhətinin ağırlaşması və vəfatı cəmiyyətdə şok effekti yaratmışdı. Mərhum nazir də elə iyun ayında dünyaya əbədi olaraq gözlərini yummuşdu.

Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi olmuş Afiyəddin Cəlilovun ölümü isə faciəvi olub. O, 29 sentyabr 1994-cü ildə 70 yaşında sui-qəsd nəticəsində qətlə yetirilib.

Azərbaycan Milli Məclisinin vitse-spikeri olmuş Afiyəddin Cəlilov da sui-qəsd qurbanı olub. O, 1994-cü il sentyabrın 29-da Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində qətlə yetirilib. Afiyəddin Cəlilovun qətli ilə bağlı bu günədək müxtəlif versiyalar səsləndirilir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mərhum sədri Abbas Ələsgərov da vəzifədə ikən vəfat edənlər arasındadır. Bu ilin fevral ayında dünyasını dəyişən A. Ələsgərov “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.

Azərbaycanın səhiyyə nazirinin müavini Abbas Vəlibəyov da vəzifədə olarkən dünyasını dəyişən məmurlar siyahısındadır. O, cari ilin aprelində 71 yaşında vəfat edib.

Naxçıvan Muxtar Respublikasının Ədliyyə nazirinin müavini və Penitensiar Xidmətin rəisi Şahin Ziyad oğlu Təhməzov isə ürək tutmasından vəfat edib.

Maliyyə Nazirliyiyinin Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsinin müdiri Ülfət Göyüşov da vəzifədə ikən ürək tutmasından vəfat edən məmurlardandır.

Qeyd edək ki, Ü. Göyüşov Birinci vitse-prezidentin köməkçisi, Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyevin atası, mərhum akademik Yusif Məmmədəliyevin kürəkənidir.

Cari ildə ölümü ilə cəmiyyətdə şok effekti yaradan şəxslərdən biri də mərhum deputat Astan Şahverdiyevdir. Hər zaman mətbuata açıqlamaları ilə gündəmə gələn A. Şahverdiyev bu il 71 yaşında vəfatı ilə gündəm oldu.

Deputat ikən dünyasını dəyişənlərdən biri də Naxçıvan Ali Məclisinin millət vəkili Naxçıvan Müəllimlər İnstitunun rektoru, pedeqogika üzrə elmlər doktoru, Əməkdar elm xadimi Oruc Həsənlidir. O, uzun sürən xəstəlikdən sonra bir neçə gün əvvəl dünyasını dəyişib.

Vəzifədə ikən ölənlər arasında İH-da çalışanlar da var. Belə ki, onlardan biri Şamaxı Rayon İcra Hakimiyyəti başçısının mərhum müavini Ağamustafa Vahidovdur.

Qeyd edək ki, A. Vahidov həmçinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub.

 

BIR CAVAB BURAXIN