Ekstrasens Zirəddin Rzayev Rusiyanın NTV telekanalını məhkəməyə verib

0
322

müraciət edib.

“Ekstrasenslərin döyüşü” şousunun ən məşhur iştirakçılarından biri – 35 yaşlı Zirəddin Rzayev NTV televiziya şirkətini məhkəməyə verib. Buna ekstrasensin şəklinin kanalın rəsmi saytında yerləşdirilməsi səbəb olub. Zirəddin Rzayevin sözlərinə görə, proqramın “Ehtiyatlı olun, fırıldaqçılar: teleekstrasensıya Rusiya vətəndaşlarına necə təsir edir” məzmunlu yazı onun işgüzar nüfuzuna xələl gətirir.

Ekstrasens ona vurulmuş mənəvi ziyanla bağlı 5 milyon rubl təzminat istəyir. Bununla yanaşı, bütün süjetlərin internetdən silinməsini və ondan üzr istənilməsini televiziya şirkətindən tələb edir: “Efirdə məni tibbi təhsilimin və lisenziyamın olmaması ilə bağlı ittiham ediblər. Məndə bütün bunlar var! Mən kliniki psixoloqam, klinikada işləyirəm. Şəklimin onların verilişində yayımlanmasına icazə vermirəm”.

“Mən öz qələbəmi əvvəlcədən görürəm, qanunların gücünə də inanıram. Məhkəmə uzun müddət ləngiyəcək. Lazım gələrsə, mən Rusiya prezidenti Putinin yanına gedəcəm və hüquqlarımı bərpa edəcəyəm”, – Z.Rzayev açıqlamasında bildirib.

İnarə Rafiqqızı

Virtualaz.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

thirteen + 20 =