DTX ‘Bizim dövr’ qəzetini ‘reketçilik’də ittiham edir

0
536

11

Jurnalist adı altında vətəndaşlara qarşı cinayət əməllərinə yol verən bir qrup şəxs saxlanıb. Bu açıqlamanı Dövlət Təhlküəsilziyi Xidməti (DTX) yayıb.

Açıqlamya görə, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun tapşırıqları əsasında fəaliyyət göstərən digər şəxslər müvafiq cinayətləri törətməkdə şübhəli şəxs qismində cinayət məsuliyyətinə cəlb ediliblər.

Məlumatda deyilir ki, bu qrup texniki vasitələrdən istifadə yolu ilə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparıblar. Bu rüsvayedici və böhtan xarakterli məlumatların mətbu orqanlarda dərc olunmaması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb ediblər.

Açıqlamaya görə, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olan müraciətlər

DTX-da araşdırılıb:

“Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilmiş, qanunsuz fəaliyyətlərinin qarşısı alınmışdır”.
DTX tərəfindən araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, qanunsuz olaraq gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməsi faktları üzrə cinayət işi başlanılıb. Cinayət məsuliyyətinə cəlb edilən S.Əliyev və digərləri ilkin ifadələrində zərərçəkmiş şəxslərə qarşı çoxsaylı cinayət əməlləri barədə ətraflı məlumatlar veriblər,
– açıqlamada deyilir.

Surxay Əliyev və digərlərinin bu ittihamlara qarşı mövqeyi bəlli deyil.

Azadliq.org

BIR CAVAB BURAXIN