Dollar satışına görə banklara XƏBƏRDARLIQ

0
493

Maliyyə Nəzarəti Palatası dollar satışını süni surətdə daynadıran və dollar qıtlığı yaradan banklara xəbərdarlıq edib. 

 

Fins.az-ın bank mənbələrindən əldə etdiyi məlumata görə, iyunun 25-də Maliyyə Bazarlarına Nəzarət Palatası bankların dollar satışını dayandırması ilə bağlı monitorinq keçirib. Nəticədə valyuta satışına süni şəkildə maneə yaradan banklar cəzalandırılıb. Bundan sonra bütün banklarda dollar satışı bərpa edilib. Bu gün banklarda  dollar satışı bərpa olunub.

 

Bank mütəxəssisləri hesab edirlər ki, dolların satışının dayandırılmasını Mərkəzi Bankın qərarının açıqlanmaması ilə bağlıdır. «Britaniyada  funtun dəyərdən düşməsindən sonra dolların möhkəmlənməsinə səbəb oldu. Lakin bununla bağlı Mərkəzi Bank hələ də konkret açıqlama  verməyib. Ona görə də bankları ehtiyatlı davranmağa məcbur olurlar».

 

Bundan əlavə, banklarda devalvasiyanın sürətlənməsi ilə bağlı gözləntilər də var. Belə ki,  ötən həftə Britaniya funt sterliqi  10 faiz ucuzlaşıb.  Qarşıdakı günlərdə isə daha 5 faiz ucuzlaşması gözlənilir. Bütün bu amillər banklarda dolların rəsmi məzənnədən artıq satımasına səbəb olub. Bu gün  1 dollar 1,59 manata dəyişdirilir.  Mütəxəssislər  həftə ərzində  Mərkəzi Bankın məzənnəni  bir qədər də  artıracağını pronozlaşdırırlar.

BIR CAVAB BURAXIN