Dollar kreditləri ilə bağlı problemlər öz həllini tapa bilər

0
639
Millət vəkilləri dollar kreditləşməsi ilə bağlı yeni təkliflər planı hazırlayıb.
Dollarla götürülən kredit

Dollarla götürülən kredit

Millət vəkilləri ölkədə dollar kreditləşməsi ilə bağlı yeni təkliflər planı hazırlayıb. İqtisadçıların fikrincə, hazırkı vəziyyət uzun müddət davam edərsə, iqtisadi aktivlik azala bilər. Bunun nəticəsi olaraq həm əhali, həm də banklar  daha çox ziyan görə bilər.

Bu barədə ANS-ə millət vəkili Vahid Əhmədov öz müsahibəsində danışıb.

“Biz təklif edirik ki, yaranmış problem yükünün bir hissəsini banklar, bir hissəsini dövlət qurumları, bir hissəsini dollarla kredit götürən vətəndaşlar, bir hissəsini də Mərkəzi Bank üzərinə götürsün. Beləcə dördbucaq yaransın. Məsələn, əgər kredit götürən şəxs rəhmətə gedibsə, bu borc zaminin üzərində qalmasın. Ən yaxşı yol o krediti bağlamaqdır. Bundan əlavə, 5 min dollara qədər olan dollarla kreditlər, 1 manat 5 qəpiklə qaytarılsın”, – deyə millət vəkili bildirdi.

BIR CAVAB BURAXIN