“Avropa Liqasında maksimum uğurla çıxış etmək istəyirik”

0
569

“Mövsümün hazırlığına yeni baş məqşçi ilə başlamışıq. İnanıram ki, hər şey komandamız üçün yaxşı olacaq. Biz futbolçuların üzərinə düşən vəzifə baş məşqçinin verdiyi tapşırıqları yüksək səviyyədə yerinə yetirməkdir ki, oyunlarda daha yaxşı çıxış edək”.

Bunu “Neftçi”nin futbolçusu Ruslan Abışov klubun rəsmi saytına açıqlamasında deyib. 31 yaşlı müdafiəçi flaqmanın yeni transferlərindən məmnunluq ifadə edib: “Baqali Dabonun səviyyəsi məlumdur. Dario Frederiko da onun kimi. Çox sevinirəm ki, “Neftçi”yə belə futbolçular transfer olunub. Əlbəttə, xorvatiyalı müdafiəçi Slavko Braliçi də bura aid edərdim. Əminəm ki, yeni transferlər tez bir zamanda komandaya uyğunlaşıb, həm çempionatda, həm də Avroliqada uğurlu mübarizə aparmağımız üçün bizə kömək edəcəklər. Tural Axundov və Rəşad Eyubovun da bizə qoşulması komandaya əlavə güc qatacaq”.

Kapitanın fikrincə, “Neftçi”nin Avropa Liqasında mümkün qədər çox irəliləməsi oyunlara hazırlıqdan da asılıdır: “Düzdür, avrokubokların formatı çətinləşib. Amma bizim oyunlara hazırlaşmağımızdan çox şey asılıdır. Maksimum uğurla çıxış etmək istəyirik. “Neftçi” və Azərbaycan adına yaxşı nəticə göstərmək üçün əlimizdən gələni etməliyik”.

Qeyd edək ki, “Neftçi”yə iyunun 8-dən italiyalı baş məşqçi Roberto Bordin rəhbərlik edir.

BIR CAVAB BURAXIN