Deputat Mənsimovun maxinasiyalarını araşdırmaq üçün İstintaq Komitəsinə sorğu verdi

0
536
 
Rusiya Dövlət Dumasının deputatı, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədrinin birinci müavini Dmitri Savelyev qalmaqallı azərbaycanlı oliqarxMübariz Mənsimovun şirkəti barədə faktların araşdırılması üçün İstintaq Komitəsinə sorğu göndərib.
Virtualaz.org “Rosbalt”a istinadən xəbər verir ki, deputatSavelyev Mənsimovun şirkəti barədə bundan əvvəl “Moskovskiy komsomolets” qəzetində dərc edilmiş məqaləyə reaksiya verib. Həmin məqalədə “Palmali” şirkətinin Rostovda qeydiyyatdan keçmiş törəmə şirkəti “Palmali” MMC-nin Mübariz Mənsimovun Kiprdə qeydiyyatdan keçmiş başqa şirkətinə satılması zamanı on milyonlarla dollar verginin büdcədən yayındırılmasından bəhs olunurdu.
Deputat İstintaq Komitəsini Mənsimovun şirkətinin fəaliyyətini diqqətlə araşdırmağa çağırır. Savelyev sorğusunda yazır: “Noyabrın 10-da “Moskovskiy komsomolets” qəzetinin saytında dərc edilmiş məqalədən mənə on milyonlarla dollar vergidən yayınma barədə məlum oldu. Həmin məqaləyə əsasən Türkiyənin “Palmali Gemi Hizmetleri ve Agentelik Anonim Şirkəti” Rusiyanın “Palmali” MMC şirkətinin səhmlərinin 100 faizinə malik olub. Daha sonra həmin şirkəti bütünlüklə Maltada qeydiyyatdan keçmiş “Palmali Hlding Co. Ltd.” şirkətinə satıb. Alqı-satqı əməliyyatı zamanı şirkətin qiyməti cəmi 6.1 milyon dollar göstərilib, hansı “Palmali” MMC-nin bazar dəyəri “Deloitte” şirkətinin qiymətləndirmələrinə görə 230 milyon dollar idi. Bununla da tərəflər külli miqdarda vergini büdcədən yayındırıblar”.
Sorğuda xatırladılır ki, “Palmali” MMC-nin direktoru Aleksey Mixeylev bundan əvvəl də iri məbləğdə vergidən yayınmağa görə istintaqa cəlb olunub. Savelyevin bildirdiyinə görə, həmin məqalədə türkiyəli sahibkarın vergi maxinasiyalarının üstü açılır və bu səbəbdən İstintaq Komitəsi faktları diqqətlə araşdırıb prosessual xarakterli bütün tədbirləri görməlidir.
Xatırladaq ki, son günlər Rusiya mətbuatında Mübariz Mənsimova qarşı dalbadan kompromatlar dərc olunur. Onun fəaliyyətinin FTX tərəfindən araşdırıldığı haqda xəbərlər də yayılıb. Mənsimov Rusiyada “Lukoil” şirkəti ilə münaqişəyə girib və onun törəmə şirkəti “Litasco” barədə London arbitrajına müraciət edərək 2 milyard dollar təzminat tələb edir. Lakin “Lukoil” prezidenti Vahid Ələkbərov bildirib ki, Mənsimovun bu addımı diqqəti “Palmali”nin müflis vəziyyətdə olmasından yayındırmaq məqsədi güdür. Ələkbərovun sözlərinə görə, “Palmali” müflisləşmə ərəfəsindədir.
Mənsimov təkcə Rusiyada deyil, Azərbaycanda da iri məbləğdə maxinasiyalara görə araşdırılır. Xəbər verdiyimiz kimi o, “Socar Trading” şirkətinin də barəsində London arbitrajına müraciət edib. Hansı ki, Azərbaycan neftinin daşınması hesabına sürətlə varlanıb milyarderə çevrilən Mənsimov sonradan SOCAR-a “atıb”, pulları offşora ötürüb. Bunun əvəzində Mənsimovun tankerlərinə, turizm obyektlərinə əl qoyulub. Lakin o, hələ də SOCAR-a yarım milyard dollar borcludur.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

fourteen − twelve =