Amerika kuboku: Çempion yenə finalda

0
570

Futbol üzrə Amerika Kubokunun ikinci finalçısı da məlum olub.

 

Publika.az xəbər verir ki, bu, yarımfinalda Kolumbiyanı 2:0 hesabı ilə məğlub edən Çili olub. Çikaqoda keçirilən matçda hesab 7-ci dəqiqə açılıb: Çarles Aranqis fərqlənib – 1:0. 11-ci dəqiqədə Çilinin üstünlüyü iki topa çatıb. Bu dəfə qapıçının uzun ötürməsindən sonra Xose Fuensalida rəqibi məyus edib.

 

Komandalar arasında keçirilən yarımfinal oyununun ikinci hissəsi əlverişsiz hava şəraiti səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.

 

Tamaşaçılardan yaxınlaşmaqda olan tufan səbəbindən tribunaları tərk etmək xahiş olunub. Lakin bir müddətdən sonra matç bərpa olunub. Buna baxmayaraq, oyunda hesab dəyişməyib və 2:0-lıq nəticə ilə də başa çatıb.

 

Çili iyunun 27-də finalda Argentina ilə qarşılaşacaq.

BIR CAVAB BURAXIN