Danimarkadan rus qızlarla bağlı xəbərdarlıq: Bal tələsi…

0
1209


 

Danimarkanın Təhlükəsizlik və Kəşfiyyat Xidməti (PET) NATO əməliyyatları çərçivəsində Baltikyanı ölkələrdə xidmət keçən danimarkalı əsgərlərə rus qızları ilə bağlı xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, bu barədə “Kopenhagen Post” məlumat yayıb.

Xüsusi xidmət orqanları Estoniyanın Tallin və Tartu şəhərlərində yerləşdirilən hərbçilərə gecə klublarında çalışan gənc rus qadınların provokativ hərəkətlərindən qorunmağı tövsiyə edib:

“Aparılan araşdırmaya görə, danimarkalı əsgərlərə qarşı təxribat ehtimalları yüksəkdir. Rusiya əsgərlərdən məlumat almaq və ya onları gözdən salmaq üçün “Bal tələləri”ndən istifadə edə bilər. Yəni hərbçilərin yanına casus qadınlar göndərilə bilər”.

Qeyd edək ki, NATO Baltikyanı ölkələrdə 4 diviziya yerləşdirib.

 

BIR CAVAB BURAXIN