Polyak aktrisa Vaynşteyn tərəfindən seksual zorakılığa məruz qalıb

0
589

Polşadan olan aktrisa və keçmiş model məşhur Hollivud produseri Harvi Vaynşteyn tərəfindən dəfələrlə seksual zorakılığa məruz qaldığını bildirib.

Arazinfo.com  nevvs.ru-ya istinadən verdiyi məlumata görə, 16 yaşında olanda, 2002-ci ildə  Vaynşteyn onu öz otağına apararaq zorlamaq istəyib. Lakin o buna razı olmayıb. Əvəzində Vaynşteyn onu hədələyib ki, əgər onunla cinsi əlqəyə razı olmasa uğur qazana bilməyəcək.

Xatırladaq ki, bu günə kimi onlarla aktrisa və model Harvi Vaynşteyn tərəfindən dəfələrlə seksual zorakılıqlara və təhdidlərə məruz qaldıqlarını bildiriblər.  Onların arasında Hollivud ulduzları Qvinet Peltrou, Angelina Coli, Tomi-Enn Roberts, Rozanna Arkett, Judit Qordeş, Ketrin Kendall, Doun Danniq, Nastasiya Malte, Pas de la Uerta, Uma Turman, Eşli Cadd və Keyt Blanşett də var. Baş verən qalmaqalla bağlı Vaynşteyn Amerika Kino Akademiyasından qovulub. Sonra isə onun özü The Weinstein Companyasından işdən çıxıb, eyni zamanda Amerika rejissorlar Gildiyasından ayrılıb. Əgər iddialar təsdiqini tapsa. onda Vaynşteyni 5 ildən 25 ilə kimi həbs cəzası gözləyəcək.

Əziz Mustafa

 

 

 

BIR CAVAB BURAXIN