CNN: Misir təyyarəsi partladılıb

0
647

ABŞ xüsusi xidmət orqanları Aralıq dənizində itkin düşən “EgyptAir” təyyarəsinin göyərtəsində partlayıcı qurğunun işə salındığını ehtimal edirlər.

RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə CNN telekanalına ABŞ xüsusi xidmət orqanlarındakı mənbə bildirib.

Məlumata görə, əldə olunan ilkin məlumat bombanın partladığını ehtimal etməyə əsas verir.

ABŞ xüsusi xidmət orqanları Fransa və Misirin müvafiq qurumları ilə əməkdaşlıq edərək kəşfiyyat məlumatlarının mübadiləsini həyata keçirir. Qeyd edək ki, Parisdən Qahirəyə uçan “EgyptAir” hava şirkətinə məxsus MS804 təyyarəsi Aralıq dənizi üzərində olarkən radarlardan itib. Onun göyərtəsində 56 sərnişin və 10 heyət üzvü olub. Onların taleyi barədə hələlik heç bir məlumat yoxdur. (APA)

BIR CAVAB BURAXIN