Çinin əfsanəvi sərkərdəsi və dövlət xadimi: Çan Kayşi/Əziz Mustafa

0
1328

 

Çin dünyada özünəməxsus qədim tarixə malik olan ölkələrdən biri hesab edilir və dünya mədəniyyəti, sivilizasiyalar tarixinə müəyyən töhfələr veriblər. Bu baxımdan çinlilər günümüzdə belə milli mədəni dəyərlərini qoruyub saxlaya bilən və digər millətlər içində assimilyasiyaya uğramayan yeganə xalqlardan biri kimi tanınır.

Çinlilər lap qədimdən özlərini Günəş imperiyasının övladları adlandırırlar. Onlar tarixboyu müxtəlif imperiyalar qurmuş, adlarını tarixin şanlı səhifələrinə yazdıran böyük hökmdarlar və məğlubedilməz sərkərdələr yetişdirmişlər. Hətta ingilislərin əsarəti altına düşmələrinə belə baxmayaraq, çinlilər yenidən ayağa qalxmağı, üstündən əsrlər ötəndən sonra yenidən qüdrətli və güclü dövlət qurmağı, sivil inkişafda müəyyən rol oynamağı bacardılar. Amma Çinin yenidən ayağa qalxaraq müstəmləkə zəngirini qıraraq müstəqilliyini əldə edə bilməsi heç də asan olmadı. Sivil inkişafa doğru gedən əzablı yollarda Çin xalqının içindən onu müstəqil dövlət kimi yenidən gələcəyə aparmağı bacaran liderlər yetişdi.

Bu baxımdan ötən yüzillikdə Çin səmasında üç böyük ulduz parladı. Onlardan biri monarxiyanın devrilməsinə rəhbərlik edən Sun Yatsen, digərləri isə böyük hərbi sərkərdəlik bacarığı nümayiş etdirdiyinə görə generalissimus rütbəsinə yüksələn Çan Kayşi və xalq tərəfindən “Ellər atası” adlandırılan Mao Tszedun idi. Adətən, müasir Çində Çan Kayşidən danışarkən: “Mao tərəfindən Çindən qovulan, ancaq Maonu məğlub edən adam” ifadəsini işlədirlər. Həqiqətdə isə əsl adı Tszyan Çjunçjen olan Çan Kayşi 25 il ərzində milyonlarla çinlinin rəhbəri olmuşdur. Lakin o, sonralar SSRİ tərəfindən külli miqdarda hərbi texnika və canlı qüvvə ilə yardım göstərilən Mao Tszedunla döyüşdə məğlub olmuş və Tayvana qaçaraq oranı idarə etmişdi. Çan Kayşini Çində “Böyük adam” adlandıraraq, məşhur filosof Konfutsi ilə müqayisə edirdilər. Çin xalqı dəfələrlə döyüşlərdən qalib kimi çıxan Çan Kayşi qarşısında göylərdən göndərilmiş xilaskar kimi səcdə edirdi. Ona görə də hələ sağlığında ikən Çan Kayşinin şəxsiyyəti ilə bağlı əfsanələr yaranmışdı.

Kasıb ailədə doğulan, ancaq hökmdar nəslindən olan uşaq

1887-ci il oktyabrın 31-də liman şəhəri olan Ninbo yaxınlığında anadan olan Çan Kayşi ailənin yazılı şəkildə saxladığı nəsil şəcərəsinə görə, məşhur hökmdar Çjou Hunun nəslindəndir. Onun atası adi kəndli idi və ailəsini dolandırmaq üçün duz alveri ilə məşğul olurdu. Bu nəslin mənsub olduğu adamların çoxu vətənpərvərlikləri ilə şöhrət qazanmışdılar. Gələcək generalissimus da məhz belə bir ruhda böyümüşdü. Anası ona “qızıl adam” mənasını verən Çjunçjen adını verərkən elə adı kimi də olmağı arzulamışdı.

Çan Kayşinin 6 yaşı olanda onu özəl məktəbə qoyurlar. O, uşaqlar arasında həm biliyi, həm də tez-tez öz gücünü nümayiş etdirməsi ilə diqqəti cəlb edirdi.10 yaşı olmamış o, əvvəlcə, babasını, sonra isə atasını itirir. Amma anası oğlunun təhsilini başa çatdırması üçün əlindən gələni edir. Kənd məktəbini bitirdikdən sonra Çan əyalət mərkəzində təhsil alır. Burada o, Çin klassiklərinin əsərləri ilə tanış olur. Həmin əsərlərin təsiri altında Çan Kayşi hərbci olmaq fikrinə düşür. Bu məqsədlə də Yaponiyaya gedərək hərbi məktəbə daxil olur. Yaponiyada o, inqilabçı qüvvələrə qoşulur və Sun Yatsenlə görüşür. Qeyd edək ki, Yaponiya o vaxt Çindəki monarxiya əleyhinə çevrilən hər cür hərəkatı dəstəkləyirdi. Ona görə Yaponiyanın yardımı ilə 1911-ci ildə Çində monarxiya əleyhinə çevrilmiş inqilab baş verir. Vətənə qayıdan Çan Kayşi də bu inqilabda yaxından iştirak edir. İnqilab nəticəsində monarxiya devrilir və Sun Yatsen yeni hökumətin rəhbəri seçilir. Amma az sonra monarxiyaçılar qüvvələrini toplayaraq Sun Yatseni məğlub edirlər. İnqilabın rəhbəri təcili Yaponiyaya mühacirət etməli olur. Çan Kayşinin Sun Yatsenlə dostluğu onu daha da mətinləşdirir. 1912-ci ildə Sun Yatsenin başçılıq etdiyi Tumnmenxoy partiyası liberal burjua təşkilatları ilə Homindan partiyasında birləşir. Bundan sonra Çan Kayşi Sunun tapşırığı ilə Şanxaya gedərək orada inqilabi hərəkata başçılıq edir. O, Şanxayda inqilabi hərəkata maliyyə yardımı etmək üçün birjada işə düzəlir, eyni zamanda Sun Yatsenin tapşırığı ilə mövcud rejim əleyhinə bir neçə üsyan təşkil edir. Amma hər dəfə də üsyanlar ordu tərəfindən yatırılır. 1917-ci ildə Sun Yatsen Çan Kayşini özünün hərbi məsələlər üzrə məsləhətçisi təyin edir. Ümumiyyətlə, həmin dövrdə Sun Yatsen Çan Kayşiyə çox inanır və etibar edirdi. Sun Yatsen Çan Kayşinin hərbi işi çox gözəl bilməsinin və onun özünü peşəkar hərbçi kimi aparmasının heyranı idi. O bu insanın simasında gələcəkdə qurmağı planlaşdırdığı yeni sosialist dövlətin müdafiə nazirini, sərkərdəsini görürdü. Sun Yatsen bunu ətrafındakılardan da gizlətməmiş və fəxrlə: “Çan Kayşi mənim quracağım dövlətin ən böyük dahi sərkərdəsi olacaq. Qoy buna heç kim şübhə etməsin. Mən xoşbəxtəm ki, ətrafımda belə istedadlı insanlar var”,-demişdi.

Çan Kayşinin sərkərdə kimi ilk uğurları

1921-ci ildə Çində baş verən dəyişikliklər nəticəsində Sun Yatsen ölkənin prezidenti seçilir. Bundan bir il sonra Çan Kayşi ölkədə baş verən bir neçə qiyamı yatırır. Lakin növbəti dəfə Sun Yatsendən narazı olan hərbçilər onun əleyhinə üsyan qaldırırlar. Vəziyyət olduqca ağırlaşır. Sun Yatsen hökuməti çətin vəziyyətə düşür. Belə bir vəziyyətdə dövlətə sadiq azsaylı qüvvələrlə üsyançıların üzərinə yeriyən Çan Kayşi qəfil zərbə ilə onları darmadağın edir. Bu qələbə Sun Yatseni o qədər riqqətə gətirir ki, o, dövlət rəsmilərinin gözü qarşısında Çan Kayşini özünün kiçik qardaşı və varisi adlandırır. 1923-cü ildə Sun Yatsen Çan Kayşini Moskvaya göndərir. Çan Kayşi Moskvada Trotski və Çiçerinlə görüşür və ordu quruculuğu ilə tanış olur. O, geriyə qayıdandan sonra Moskvada gördükləri barədə Sun Yatsenə məlumat verir və yeni ordu qurulmasını təklif edir. Bu iş üçün o, ilk mərhələdə sovet mütəxəssislərindən istifadə etməyin də faydalı olacağını söyləyir. Amma o, Sun Yatsenə: “Bu gün Rusiya bizim dostumuzdur, lakin sabah düşmənimiz olacaq. Onların siyasəti xalqları köləyə döndərməyə və yeni imperiya yaratmağa yönəlib”,-deyir.

Sun Yatsen isə hazırkı mərhələdə ruslarla əlaqə saxlamağın daha düzgün olduğunu vurğulayır. 1924- cü ildə Sun Yatsen Çan Kayşini yeni qurulan ordunun komandanı təyin edir. Ordu quruculuğunu sürətləndirmək üçün hərbi zabit məktəbi açılır. Bu məktəbdə dərs demək üçün Rusiyadan hərbi mütəxəssislər dəvət edilir. 1925-ci ildə Sun Yatsen vəfat edir. Onun yerini müvəqqəti olaraq Çan Kayşi tutur. Bununla belə, Çan Kayşi Sun Yatsendən fərqli olaraq, ruslara və onların sosializm ideyalarına inanmırdı. O, sövqi təbii hiss edirdi ki, rusların məqsədi heç də sosializm qurmaqda çinlilərə yardım etmək deyil; bu yolla böyük və qədim milləti özünün siyasi hərbi təsiri altında saxlmaq, bu ölkədən özünün dünya ağalığı niyyətlərini həyata keçirmək üçün istifadə etməkdir. Ona görə də Çan Kayşi, ətrafındakılara: “Hamıya, hətta ingilislərə belə inanmaq olar, ancaq ruslara yox. İngilislər gəldi-gedərdi, onların zəncirini qırıb atacağıq. Ancaq ruslar qonşumuzdur, onlar heç vaxt bizim simamızda güclü və qüdrətli Çin dövlətinin dünyanın siyasi səhnəsinə çıxmasını qəbul etməyəcək, buna hər vasitə ilə mane olacaqlar”,-demişdi. Hadisələrin gedişi Çan Kayşinin uzaqgörənliyini bir daha sübut etdi.

Bolşeviklərin əlaltıları olan yerli kommunistlərə qarşı sərt tədbirlərə əl atılır

Həmin dövrdə ölkənin müxtəlif vilayətlərdə hakimiyyəti əldə toplayan qüvvələr vardı və onlar mərkəzi hakimiyyətə tabe olmaq istəmirdilər. Bunu nəzərə alaraq, ölkəni birləşdirmək və vahid idarəçilik tətbiq etmək üçün Kayşi hökumətə tabe olmayan əyalətlərə qoşun yeridir. Qoşunla birgə rus-bolşevik generalı Blyuxerin rəhbərliyi altında rusiyalı zabitlər də döyüşlərdə işltrak edirlər. Eyni zamanda bolşevik Rusiyası da Kayşiyə silahla yardım göstərir. Qanlı döyüşlərdən sonra Çan Kayşi dövlətə qarşı çıxan qüvvələri darmadağın edə bilir. Bundan sonra özünü daha sərbəst hiss edən Çan Kayşi Moskvanın vassalı kimi çıxış edən və bütün tapşırıqları Moskvadan alan Çin Kommunist Partiyasının fəaliyyətini qadağan edir. Eyni zamanda o, SSRİ ilə diplomatik əlaqələri kəsir. Buna görə Moskva sözəbaxmayan generalı cəzalandırmaq qərarına gəlir. Bu çərçivədə də 1931-ci ildə SSRİ-nin təhriki ilə Yaponiya Çinə hücum edir. Çan Kayşi yaponlarla qızğın döyüşə girir və düşmənin ölkənin içərilərinə irəliləməsinin qarşısı alınır.

Düş­mən qar­şı­sın­da tək qal­dı­ğı­nı gö­rən Çan Kay­şi tə­ləm-tə­lə­sik Mosk­va ilə dip­lo­ma­tik əla­qə­lə­ri bər­pa et­mə­li olur. Hə­min dövr­də o, de­mək olar ki, yal­nız or­du­ya ko­man­dan­lıq edir­di. Bu­na gö­rə də öl­kə­nin mü­vəq­qə­ti ida­rə edil­mə­si onun­la dost mü­na­si­bət­də olan Kun Syan­si­yə tap­şı­rıl­mış­dı. Bu­na pa­ra­lel ola­raq, SSRİ Çan Kay­şi­yə qar­şı özü­nün dos­tu he­sab et­di­yi Mao Tsze­dun kar­tı­nı da işə sal­mış­dı. Sta­lin Mao Tsze­du­nun əli ilə ge­ne­ra­lı ha­ki­miy­yət­dən uzaq­laş­dır­maq niy­yə­tin­də idi. Bu müs­tə­vi­də də 1936-cı il­də Mao Tzse­du­na rəğ­bət bəs­lə­yən iki ge­ne­ral Çan Kay­şi­ni həbs edir. On­lar ge­ne­ral Çan Kay­şi­dən Ya­po­ni­ya­ya qar­şı mü­ha­ri­bə­yə baş­la­ma­sı­nı tə­ləb edir­lər. Kay­şi isə bu­nun üçün or­du­nun hə­lə ha­zır ol­ma­dı­ğı­nı bil­di­rir. Ge­ne­ral­lar isə əks hal­da onu öl­dür­mək­lə hə­də­lə­di­lər. Kun Syan­si mə­sə­lə­dən xə­bər tu­tan ki­mi dər­hal Mosk­va­ya bir­ba­şa Sta­li­nə zəng edir. O, Sta­li­nə bil­di­rir ki, əgər Mao Tsze­dun tə­rəf­da­rı olan ge­ne­ral­lar Çan Kay­şi­ni öl­dür­sə­lər, on­lar Ya­po­ni­ya ilə sülh an­laş­ma­sı im­za­la­ya­raq onun müt­tə­fi­qi­nə çev­ri­lə­cək­lər. Sta­lin və­ziy­yə­tin cid­di­li­yi­ni nə­zə­rə ala­raq, Çan Kay­şi­nin öl­dü­rül­mə­mə­si ba­rə­də Tsze­du­na gös­tə­riş ve­rir.

Şöh­rət gə­ti­rən qa­li­biy­yət

1937-ci il­də Ya­po­ni­ya ye­ni­dən Çin üzə­ri­nə hü­cu­ma ke­çir. Kun Syan­si tə­ci­li şə­kil­də Kay­şi­ni ge­ne­ra­lis­si­mus elan edə­rək, or­du­ya və öl­kə­yə rəh­bər­li­yi ona tap­şı­rır. 1937-ci il­də Çin­lə SSRİ ara­sın­da müt­tə­fiq­lik ba­rə­də an­laş­ma im­za­la­nır. An­laş­ma­nı şəx­sən Sta­lin­lə Çan Kay­şi im­za­la­yır­lar. Bu o de­mək idi ki, ar­tıq Çin­də bü­tün ha­ki­miy­yət Kay­şi­nin əli­nə ke­çir. 1941-ci il­də Kay­şi öz ca­sus­la­rı va­si­tə­si ilə Ya­po­ni­ya­nın Perl Xar­bor­da­kı ABŞ hər­bi qüv­və­lə­ri­nə hü­cum edə­cə­yi ba­rə­də xə­bər tu­tur.

Bu xə­bər dər­hal Va­şinq­to­na çat­dı­rı­lır. Am­ma ABŞ Pre­zi­den­ti Ruz­velt hə­min xə­bə­rə inan­mır və onu təx­ri­bat ad­lan­dı­rır. Bu­nun isə nə­ti­cə­si ağır olur. Perl Xar­bor­da ya­pon­lar ABŞ or­du­su­nu dar­ma­da­ğın edir­lər. Hə­min dövr­də Kay­şi uzaq­gö­rən si­ya­sət­çi və döv­lət xa­di­mi ol­du­ğu­nu sü­bu­ta ye­ti­rir. O, ABŞ, İn­gil­tə­rə və SSRİ ilə bir­lik­də Al­ma­ni­ya və Ya­po­ni­ya­ya qar­şı bir­gə çı­xış et­mək ba­rə­də ra­zı­lıq əl­də edir. Mü­ha­ri­bə ba­şa ça­tan­dan son­ra Kay­şi­nin rəh­bər­lik et­di­yi Çin BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın beş da­i­mi üz­vün­dən bi­ri se­çi­lir. Bu, ilk növ­bə­də, Çan Kay­şi­nin nü­fu­zu sa­yə­sin­də əl­də olu­nur.

Tay­va­nın müs­tə­qil­li­yi uğ­run­da mü­ba­ri­zə və öm­rün son il­lə­ri

Ya­po­ni­ya üzə­rin­də qə­lə­bə ça­lın­dıq­dan son­ra Kay­şi öl­kə­nin ən nü­fuz­lu döv­lət xa­di­mi­nə çev­ri­lir. La­kin Sta­lin Çin­də Mao Tsze­du­nu ha­ki­miy­yə­tə gə­tir­mək is­tə­yir­di. Ona gö­rə də Kay­şi­ni ha­ki­miy­yət­dən sal­maq üçün bə­ha­nə ax­ta­rır­dı. Bu­nu hiss edən Kay­şi əsir alı­nan 1 mil­yon ya­pon əs­gə­ri­ni azad edir. Elə bu vaxt Mosk­va­nın yar­dım et­di­yi Mao Tsze­dun öz tə­rəf­dar­la­rı ilə Kay­şi­yə qar­şı üs­yan qal­dı­rır. Üç il da­vam edən qan­lı dö­yüş­lər­dən son­ra Kay­şi SSRİ-nin hər­bi yar­dım­la­rın­dan is­ti­fa­də edən Mao Tsze­dun­la dö­yüş­lər­də nə­in­ki hərb­çi­lə­rin, həm də yüz min­lər­lə mül­ki əha­li­nin qı­rıl­dı­ğı­nı, şə­hər və kənd­lə­rin xa­ra­ba­zar­lı­ğa çev­ril­di­yi­ni gö­rə­rək, öl­kə­ni tərk et­mək qə­ra­rı­na gə­lir. O, Çi­ni tərk edər­kən Mao Tsze­du­na be­lə bir me­saj gön­də­rir: “Mən ca­nım­dan ar­tıq sev­di­yim in­san­la­rı qır­ğı­na ver­mə­mək, kənd və şə­hər­lə­rin xa­ra­ba­zar­lı­ğa çev­ril­mə­mə­si üçün mü­ha­ri­bə­ni da­yan­dı­rır və öl­kə­ni tərk edi­rəm. Bir vaxt gə­lə­cək siz də mə­nim ki­mi SSRİ-nin düş­mən ol­du­ğu­nu gö­rə­rək, si­la­hı on­la­ra qar­şı çe­vi­rə­cək­si­niz. Bax on­da mə­nə qar­şı dö­yüş­dü­yü­nü­zə gö­rə peş­man ola­caq­sı­nız. So­si­a­lizm Çi­nə ac­lıq, fə­la­kət­lər və “qır­ğın­lar gə­ti­rə­cək və siz si­vil in­ki­şaf­dan on il­lər­lə ge­ri dü­şə­cək­si­niz. Bax on­da bö­yük, an­caq zə­if Çin mə­nim qur­du­ğum güc­lü ki­çik Çi­nə (Tay­va­na) hə­səd apa­ra­caq, si­vil in­ki­şaf­dan nə qə­dər ge­ri­də qal­dı­ğı­nı an­la­ya­caq. Am­ma biz bir­lə­şə bil­səy­dik və siz SSRİ-yə inan­ma­say­dı­nız, biz iq­ti­sa­di ba­xım­dan in­ki­şaf edən da­ha güc­lü və qüd­rət­li Çin qu­ra­sıy­dıq… Ha­yıf ki, siz SSRİ-nin bi­zə düş­mən ol­du­ğu­nu an­la­ya bil­mə­di­niz və on­la­rın hər­bi yar­dım­la­rı ilə ha­ki­miy­yə­tə gəl­mək yo­lu seç­di­niz. Səhv yol­da ol­du­ğu­nu­zu ya­xın il­lər­də özü­nüz gö­rə­cək­si­niz”.

Çi­ni tərk et­mə­yə məc­bur olan Çan Kay­şi özü­nə ta­be olan hər­bi qüv­və­lər­lə bir­gə Tay­van ada­sı­na ge­də­rək ora­da özü­nə sa­diq qüv­və­lər­dən iba­rət döv­lət qu­rur. Hə­min il­də onun 60 ya­şı ta­mam olur. Bu­na bax­ma­ya­raq, Çan Kay­şi Tay­va­nın müs­tə­qil döv­lə­tə çev­ril­mə­si üçün əlin­dən gə­lə­ni edir. İlk növ­bə­də, ABŞ-la bir­gə təh­lü­kə­siz­lik haq­qın­da an­laş­ma im­za­la­ya­raq, Pen­ta­qon­dan hər­bi yar­dım alır. Bu, ona öl­kə­nin təh­lü­kə­siz­li­yi­ni tə­min et­mə­yə im­kan ve­rir. Bu­nun ar­dın­ca öl­kə­də is­la­hat­lar ke­çi­rən Kay­şi Tay­va­nın aq­rar sa­hə­də sü­rət­li in­ki­şa­fı­na na­il olur. Tor­paq­lar bü­töv­lük­də kənd­li­lə­rə ve­ri­lir. Qeyd edək ki, in­di­nin özün­də be­lə Çin aq­rar sa­hə­də Tay­van­dan xey­li ge­ri qa­lır. Bu gün Tay­van özü­nün iq­ti­sa­di in­ki­şa­fı­na gö­rə böl­gə­nin ən apa­rı­cı döv­lət­lə­rin­dən bi­ri­dir. Çan Kay­şi­nin de­dik­lə­ri doğ­ru çıx­dı. Mao Tsze­dun SSRİ-yə mü­na­si­bət­də son­ra­lar səhv et­di­yi­ni, güc­lü və qüd­rət­li döv­lət qu­ra bil­mə­yə­cə­yi­ni, so­si­a­lizm ide­ya­la­rı­nın xal­qa yax­şı heç nə ver­mə­yə­cə­yi­ni, öl­kə­nin si­vil in­ki­şaf­dan ge­ri qal­dı­ğı­nı an­la­ya­raq, Mosk­va­nın ba­rış­maz düş­mə­ni­nə çev­ril­di. İda­rə et­di­yi Tay­va­nı in­ki­şaf et­miş döv­lə­tə çe­vir­mə­yi ba­ca­ran Çan Kay­şi 1975-ci il­də dün­ya­sı­nı də­yiş­di. Ölü­mün­dən bir ne­çə gün əv­vəl və­siy­yət edir ki, onu Nan­kin­də Sun Yat­sen ilə ya­na­şı dəfn et­sin­lər. Qeyd edək ki, Çan Kay­şi ol­duq­ca sa­də bir hə­yat ke­çi­rib və baş­qa­la­rın­dan nə va­rı­na, nə döv­lə­ti­nə gö­rə fərq­lən­mək is­tə­mə­yib. Onun ən bö­yük ar­zu­su mil­lə­ti­ni xoş­bəxt gör­mək idi. O, Tay­van­da bu­na na­il ol­du. Ma­o­ya uduz­du­sa da, iq­ti­sa­di sa­hə­də ona qa­lib gəl­di və ay­rı­ca bir ada­da çi­çək­lə­nən ba­la­ca Çin döv­lə­ti qur­du. Bu gün də hə­min döv­lət ya­şa­maq­da və çi­çək­lən­mək­də da­vam edir.

Çan Kay­şi ol­duq­ca tə­va­zö­kar bir şəx­siy­yət idi. Onun uzun il­lər şəx­si mən­zi­li ol­ma­yıb. O, sa­də ge­yi­nir və ət­ra­fın­da­kı­lar­dan se­çil­mə­yi xoş­la­mır­dı. Bəl­kə də bu onun bö­yük­lü­yün­dən, əsil-nə­ca­bə­tin­dən irə­li gə­lir­di. Kay­şi xalq mu­si­qi­si­ni, po­e­zi­ya­nı çox se­vir­di. O, həm də gö­zəl kal­liq­raf-xət­tat idi. Müd­rik­lə­rin de­dik­lə­ri­nə gö­rə, gö­zəl xətt sa­hib­lə­ri, həm də gö­zəl əx­laq sa­hib­lə­ri olur­lar. Ka­bi­ne­tin­də ba­şı üzə­rin­də as­dı­ğı iki löv­hə­dən bi­rin­də qə­dim Çin ali­mi Men-Tszı­nın bu söz­lə­ri ya­zıl­mış­dı: “Gü­nəş al­tın­da ya­şa­ya­raq özü­nü əsl in­san he­sab et­mək və əsl in­san ki­mi göy­lə­rə la­yiq ya­şa­maq, əda­lə­ti hər şey­dən uca tut­maq və bu yol­la axı­ra ki­mi get­mək, qə­lə­bə sə­a­də­ti­ni ha­mı ilə bö­lüş­mək, dərd­lə­ri­ni isə an­caq özün çək­mək ən bö­yük xoş­bəxt­lik­dir”.

Ba­şı üzə­rin­də as­dı­ğı ikin­ci löv­hə­də isə o, Sun Yat­se­nin bu söz­lə­ri­ni həkk et­dir­miş­di: “Ki­çik qar­da­şım Tsze­şə (Çan Kay­şi): Gü­nə­şal­tı bu öl­kə ha­mı­mı­zın fəx­ri və qey­rə­ti­dir”. Bü­tün bun­lar da onun qey­ri-adi­li­yi­ni, in­san­pər­vər­li­yi­ni gös­tə­rir.

Çan Kay­şi möv­hu­mat­çı idi və di­nə hör­mət­lə ya­na­şa­raq, bü­tün ayin­lə­rə əməl edir­di. Am­ma o, xris­ti­an di­ni­nə mən­sub olan Sun Mey­lin­lə ai­lə hə­ya­tı qu­ran­dan son­ra xaç su­yu­na sa­lı­na­raq xris­ti­an­lı­ğı qə­bul edir. Bu­nun­la be­lə, o, hə­mi­şə mə­bə­də ge­də­rək Bud­da­ya du­a­lar edir­di. Ol­duq­ca sağ­lam olan Kay­şi yal­nız hə­ya­tın­da bir­cə də­fə -1972- ci il­də 86 ya­şı olan­da xəs­tə­lə­nib. O, in­san­lar önü­nə, adə­tən, ya hər­bi for­ma­da, ya da adi Çin ge­yi­min­də çı­xır­dı.

Çör­çill: “Bu çin­li çox güc­lü və ira­də­li qa­dın­dır”

Çan Kay­şi 4 də­fə ev­lə­nib və hər ev­li­lik hə­ya­tı­nın müx­tə­lif dövr­lə­ri­nə dü­şüb. İlk hə­yat yol­da­şı adi kənd­li qı­zı, ikin­ci­si şan­xay­lı, üçün­cü­sü şan­xay-kan­ton­lu, 4-cü­sü isə Nan­kin­dən olan və Av­ro­pa­da təh­sil alan Sun Mey­lin idi. Mey­lin var­lı ai­lə­dən idi və onun ata­sı in­qi­lab­çı­la­ra bö­yük miq­dar­da ma­liy­yə yar­dı­mı gös­tə­rir­di. Sun Mey­lin­lə o, 1927-ci ilin de­kabr ayın­da Şan­xay­da­kı xris­ti­an kil­sə­sin­də tən­tə­nə­li şə­kil­də ni­ka­ha gi­rib. Bun­dan son­ra Mey­lin onun ən ya­xın si­lah­da­şı­na və məs­lək­da­şı­na çev­ri­lib. Mü­ha­ri­bə il­lə­rin­də ABŞ-a ge­dən Mey­lin ora­da ali da­i­rə­lər­lə sıx əla­qə ya­ra­da­raq on­la­rın Çi­nə hər­bi yar­dım gös­tər­mə­si­nə na­il olub. O, Çör­çill və Ruz­velt­lə Kay­şi­nin gö­rü­şün­də tər­cü­mə­çi­lik edib. Çör­çill Mey­lin haq­qın­da Ruz­vel­tə be­lə de­yib: “ Bu çin­li çox güc­lü və ira­də­li qa­dın­dır.” Mey­lin uzun il­lər Kay­şi­nin da­xi­li və xa­ri­ci si­ya­sət sa­hə­si üz­rə kö­mək­çi­si iş­lə­yib. Əri­nin ölü­mün­dən son­ra ABŞ-a kö­çən Mey­lin ora­da 2000-ci il­də 106 ya­şın­da və­fat edib.

Öv­lad­la­rın­dan yal­nız bi­ri – kənd­li qı­zın­dan olan oğ­lu Tszyan Tszin­qo ata­sı­nın yo­lu­nu da­vam et­di­rib. O, 1925-1937-ci il­lər­də SSRİ-də təh­sil alıb. O vaxt Sta­lin­lə Kay­şi­nin mü­na­si­bət­lə­ri pis­ləş­miş­di. Ona gö­rə də Sta­lin Tszin­qo­nu gi­rov ki­mi sax­la­ya­raq, onu və­tə­ni­nə bu­rax­mır­dı. Üs­tə­lik, Tszin­qo­nu ata­sı­nı kom­mu­nist­lə­rə xə­ya­nət­də it­ti­ha­ma məc­bur edib­lər. Təh­si­li­ni ba­şa vu­ran­dan son­ra o, uzun müd­dət Al­tay­da fəh­lə iş­lə­yib və ora­da Fa­i­na Vax­re­ye­va ad­lı qa­dın ilə ai­lə hə­ya­tı qu­rub. 1937-ci il­də Sta­lin­lə Kay­şi ba­rı­şıb və bun­dan son­ra Tszin­qo və­tə­nə qa­yı­dıb. O, əv­vəl­cə Ho­min­dan Mər­kə­zi İc­ra­iy­yə Ko­mi­tə­si­nin səd­ri iş­lə­yib, ata­sı­nın ölü­mün­dən son­ra isə pre­zi­dent se­çi­lib. Tszin­qo 1988-ci il­də və­fat edib.

Qeyd edək ki, Tay­van­da Fran­sa­da­kı­na bən­zər bir si­ya­si sis­tem var: döv­lət baş­çı­sı 4 il­dən bir se­çi­lir. O, iki müd­dət­dən ar­tıq döv­lət baş­çı­sı se­çi­lə bil­məz. Tay­van­da baş na­zir par­la­ment de­yil, döv­lət baş­çı­sı tə­rə­fin­dən tə­yin edi­lir. Tay­van dün­ya­nın in­ki­şaf et­miş öl­kə­lə­ri sı­ra­sı­na da­xil­dir. Bu­ra­da kənd tə­sər­rü­fa­tı ilə ya­na­şı, sə­na­ye güc­lü in­ki­şaf edib. Xü­su­si­lə, ra­dio elekt­ron apa­rat­la­rı və mü­a­sir tex­no­lo­gi­ya­la­rın in­ki­şa­fı­na gö­rə Tay­va­nın adı ən qa­baq­çıl öl­kə­lər sı­ra­sın­da çə­ki­lir. Əha­li­nin mil­li gə­lir­lə­ri də yük­sək­dir. 35,980 min kvad­rat­ki­lo­metr əra­zi­si və 23 mil­yon əha­li­si olan Tay­van­da adam­ba­şı­na il­də17 200 dol­lar dü­şür. (son)

BIR CAVAB BURAXIN