Rusiyada vəhşicəsinə döyülən azərbaycanlı tələbə öldü

0
612

Rusiyanın Perm şəhərində vəhşicəsinə döyülən azərbaycanlı tələbə bu gün xəstəxanada keçinib.

Bu barədə APA-ya Permdəki Azərbaycan diasporunun sədri Çingiz İsayev bildirib.

O, həkimlərin səylərinə baxmayaraq, Hüseyn Mustafayevi xilas etməyin mümkün olmadığını söyləyib.

Qeyd edək ki, noyabrın 18-dən 19-na keçən gecə Permdəki Farmakoloji Akademiyanın tələbəsi, Azərbaycan vətəndaşı, 1990-cı il təvəllüdlü Mustafayev Hüseyn Etibar oğlu naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.

Hadisədən bir neçə gün sonra onu döyən şəxslər polis tərəfindən saxlanılıb.

BIR CAVAB BURAXIN